FACT-INFO.AZ » AKTUAL » Abdulla Əmir Haşımı Cavanşır: “Sadə avropalılar Azərbaycan həqiqətləri ilə tanış olurlar”
21-07-2017, 10:35 | AKTUAL
Abdulla Əmir Haşımı Cavanşır: “Sadə avropalılar Azərbaycan həqiqətləri ilə tanış olurlar”

Fact-info.az saytının  suallarını İsveçdə fəaliyyət göstərən və hazırda Bakıda səfərdə olan  Cənubi Azərbaycan Konqresinin sədri, Azərbaycan Mədəniyyət-Qarabağ Cəmiyyətinin rəhbəri Abdulla Əmir Haşımı Cavanşır cavablandırır.  O,  xaricdə yaşayan soydaşlarımızın  fəaliyyəti, Cənubi Qafqazda  gedən proseslərə və digər məqamlara aydınlıq gətirib.

-Öncə ondan başlayaq ki, Azərbaycanla təmaslarınız, əlaqələriniz necədir?

-Əlbəttə, çox yüksək səviyyədədir. Mütəmadi olaraq  Bakıya gəlib gedirik. Şəhərdə  baş verən bu dəyişiklikləri, abadlıq işlərini, gözəllikləri görüb çox sevinirik. Heç şübhəsiz Azərbaycanla bizi mənəvi tellər bağlayır.  Bu baxımdan Azərbaycanı sevirik, uğurlarına sevinirik, problemlər görəndə məyus oluruq.  Həmçinin Azərbaycanın haqlı mövqeyini, Ermənistanın təcavüzkar siyasəti haqqında məlumatları dünya ictimaiyyətinə çatdırılması işini hər zaman davam etdiririk.

-Bu,  təbliğat işləriniz, orada keçirdiyiniz tədbirlər effektli nəticələr verirmi?

-Bizim tədbirlərimiz  mütəmadi olaraq davam edir.  İsveçdə yaşayan insanların, sadə vətəndaşların bu məsələlərlə bağlı informasiyası yetərli deyil. Bəzən, ümumiyyətlə, olmur. Bəzi rəsmi dairələrdə məlumat olsa da etinasızlıq var.  Ancaq bütün hallarda İsveçdə və digər ölkələrdə Azərbaycanla bağlı  təbliğat işini daha sürətlə, peşəkar səviyyədə aparmaq lazımdır. Biz  İsveç Xarici İşlər Nazirliyində  bir sıra şöbələrlə mütəmadi olaraq görüşlər keçiririk,    danışıqlar aparırıq. Cənubi Qafqazda gedən proseslər,  Ermənistanın işğalçılıq siyasəti, bu siyasətin yaratdığı  ağır nəticələr haqqında məlumatları həmin qurmlara  və Avropa ictimaiyyətinə çatdırırıq.  Mənim qənaətimcə, bu görüşlər səmərəli olur. Qarşı tərəfin nümayəndələri, sadə avropalılar  Azərbaycan həqiqətləri ilə tanış olurlar.  Bu da ermənilərin uzun illər apardığı  saxta təbliğat işinə  zərbə vurur.

-Erməni təbliğatının saxtakar olduğunu  açıb göstərmək üçün daha nələri etmək zəruridi?

-Son zamanlar müsəlmanlara və həmçinin türklərə qarşı  ədalətsiz münasibət  bir azda artıb. Bunun da müxtəlif səbəbləri olar. Ermənilərə isə qucaq açıblar. Erməniləri  məzlum xalq kimi  tanıyıb qəbul ediblər. Ermənilər uzun illər bütün Avropa cəmiyyətlərində saxta təbliğat apararaq  türkləri, azərbaycanlıları düşmən kimi, erməniyə zülm edən xalq kimi tanıtdırmağa  cəhd göstəriblər.  Ona görədə İsveçdə  qondarma erməni soyqırımı məsələsini  tarix kitablarına salmağa çalışırlar. Bütün bu proseslərin, mənfi halların qarşısını almaq üçün  orada yaşayan azərbaycanlılar, türklər,  digər müsəlman xalqların nümayəndələri birgə fəaliyyətə, effektli addımlara üstünlük verməlidirlər. Fəalıq daha da artmalıdır, bu işin koordinasıyası işi daha düzgün şəkildə qurulmalıdır.  Biz mütəmadi görüşlər keçirərək əcnəbilərə anlatmaq istəyirik ki,  100 öncə baş vermiş bir hadisəni ermənilər bu gün dünyada  erməni “soyqırımı” kimi qəbul elətdirmək istəyirlər, ancaq 25 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı  baş verən  soyqırım hadisəsinə etinasızlıq  göstərilir. Müsair  dünyanın gözü qarşısında  bir gecənin içində Xocalı şəhəri tamamilə dağıdılıb, .əhalisi  azərbaycamlı olduğuna görə işgəncəyə məruz qalıb, qətlə yetirilib. Bütün bunlara  Avropa cəmiyyəti, sivil toplumlar necə biganə qalsın?

-Avropa kitabxanalarında Azərbaycanla bağlı kitabların, müxtəlif elektron resursların yerləşdirilməsi prosesi necədir. Ümumiyyətlə,  Azərbaycan haqqında yetərincə,  kitablar varmı?

-Azərbaycanla bağlı kitablar var. Mənim qənaətimcə, bütün bunlar həddindən artıq azdır. Müxtəlif xarici dillərdə Azərbaycanla bağlı bir sıra kitabların sayı çoxalmalıdır. Ermənilər isə heç bir əndazəyə sığmadan, heç bir fakta və həqiqətə uyğun gəlməyən kitablarla xarici kitabxanaları doldurublar. Bu Avropa ictimaiyyətində, sadə oxucularda çaşqınlıq yaradır. 

 Fact-info.az




Baxış sayı: 2 444
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30