FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında
27-06-2017, 12:10 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

ÇÖHRƏMİZ

O sizə yabançı olmasa gərək!

“Odlu-Yurd” - bu iki söz türkcə kəlmənin “Azərbaycan”ın müqabili olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmış olur.

Yarı-yarıya diyoruz, çünki hal-hazırda bir degil, iki Azərbaycan vardır: rus istilasına pərdəlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan Milli Azərbaycan!

“Odlu-Yurd” - Milli Azərbaycan firkinin mürəvvici olaraq intişar ediyor. Bu intişar ilə o, kəndisindən əvvəl “Yeni Qafqasiya” ilə “Azəri Türk” məcmuələri tərəfindən gedilmiş ideal yolunu boylamaq əzmindədir.

Qızıl istilanın, tökdüyü məsum qanlarla söndürmək istədigi bu ideal, bu müqəddəs od, Azərbaycan torpaqları altında saqlı bulunan oda bənzər!

Gah yanar bir dağ, gah parlayan bir su, çox kərə atəşdən bir sütün və daima bəyaz şölələri ilə tütən bir nur halında həyata sıcaqlıq və işıq verən bu maddi atəş kibi “od yurdu” gənclərinin iztirabla çarpan qəlblərini sıcaqlığı ilə isidən və işığı ilə parladan bu mənəvi atəş dəxi qarartılamaz və söndürələməz bir atəşdir: hürriyyət və istiqlal atəşi!

Qəzetəmizin başında Azərbaycanın - əski, yeni - maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu, hər tərəfə nur saçan bir ulduz şəklində göstərilmişdir. 8 guşəli ulduz, Milli Azərbaycan ulduzudur.

Bu ulduz hilal ilə birlikdə mavi, qırmızı və yaşıl rənglər üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər.

Milli Azərbaycan bayrağı - iştə bizim çöhrəmiz!

lll

Duyuşumuzu nəql üçün şu sətirlər kafi gəlsə belə, anlayışımızı ifadə üçün fikrimizin aydınlaşdırılması lüzumunu hiss ediyoruz.

Milliyyət və istiqlal davası əsrin ən qüvvətli və ən hakim bir şüarıdır. Başda Cümhuriyyət Türkiyəsi olmaq üzrə bütün Şərq bu böyük yola girmiş yürüyor. Bu şanlı tarix qafiləsinin ilk yolçularından biri də Azərbaycan türkləridir. Bu türklər 1918-də kəndi istiqlallarını elan eyləmiş və 2 qüsur sənə müstəqil bir həyatla yaşadıqdan sonra yalanların ən böyügünü irtikab edən qəsib bir qüvvət tərəfindən təkrar istila altına alınmışdır. Milli Azərbaycan bu gün iştə şu istilayı başından atmaq və çalınmış istiqlalını geriyə almaq qayəsilə çalışıyor və o ümidlə yaşıyor.

İstiqlal, iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ!

Milli Azərbaycan hərəkatının müdafiə etdigi istiqlal tezini tamamilə anlaya bilmək üçün müxtəlif zamanlarda müxtəlif mənalar ifadə edə bilən bu kəlməyi bir az daha izah etməliyiz.

Sözün aktual mənası ilə istiqlal, şübhəsiz, başlı-başına bir qayədir. Fəqət bizim üçün bu qayə kəndisindən ayrılmaz digər şüarlardakı ülvi mənaları içərisinə almadıqca bir qayə olamaz. Sözün demokratik mənasilə İstiqlal, milli hakimiyyət xaricində var degildir. Milli hakimiyyət isə ancaq xalq naminə və xalq vasitəsilə icra olunur. Bunu təmin edən sistem də hürriyyət əsasları üzərinə qurulan demokrasi sistemdir. Bu mənada müstəqil millət demək, xalq hakimiyyətinə dayanan milli dövlət deməkdir.

Milli dövlət - iştə müstəqil olan hər millət idarəsinin olması zəruri bulunan bir şəkli: kəndi kəndinə bir qaye olmaqla bərabər, bu şəkil, bizim nəzərimizdə, xalqın həqiqi ehtiyaclarını gördügü zamandır ki, olğundur. Demokratik hökumət, dövlət təşəkkülündə qayeyi təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyətin cəmiyyətdəki istehsal qüvvətlərini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə təhəmmül edəməz. Dünki liberalların mütləq surətdə müdafiə etdikləri nəzəriyyə ekonomi politikin son sözü olaraq qəbul olunamaz. Nitəkim daha ziyadə yarınki deyəcəgimiz sosialist-kollektivistlərin müdafiə etdikləri komun nəzəriyyələri də əsri hökumət məfhumu ilə doğru gəlməz. Əsri demokrat hökumətin vəzifəsi cəmiyyəti tüfeyli zümrələrin şərrindən qorumaq surətilə fərdləri himayəsinə almaq və müstəhsil siniflərə hörmətlə də cəmiyyət şirarəsini vəqayə etməkdən ibarətdir. Bu vəzifə isə ancaq ictimai solidarizm və siyasi radikalizm sisteminin tətbiqilə gözəl ifa olunur.

Əsri dövlət quruluşundan məqsəd iqtisadi və mədəni rifahdır. Bizim kibi, harsi və ictimai inkişaf nəticəsində milli şüurunu dərk və əsri metodlarla müstəqil bir dövlət halına gəlmək niyətilə cəhd edən millətlər üçün bilxassə mühümdür. Bu gün “Avropa” sifətilə anılan bəşəri mədəniyyəti almaq, orta zaman mədəniyyətindən sıyrılaraq əsri mədəniyyətə girmək hərəkətində bulunan Şərq millətləri üçün həyati bir zərurət hökmündədir. Milli Azərbaycan, bu zərurəti çoxdan duymuş və anlamış cəmiyyətlərdəndir. Fəqət o, bəşəri mədəniyyəti alırkən bu mədəniyyətə, milli harsını işləmək surətilə, bir şeydə vermək istər. Azəri türk harsının Avropayı bir üsul ilə təzhibini alqışlarkən, biz, bir tərəfdən xalq, digər tərəfdən də fənnilə səmimi bir irtibat və ünsiyyətdən ayrılmamasını istəriz. Bizcə, demokratik bir milliyyətçilikdən ibarət olan bu metodla əsrin mükəmməl texnikini xalqın əsrlərdən bəri bəslədigi ən səmimi duyğu və ehtiyaclarını tətmin üçün kullanmalıdır.

Milli Azərbaycan, mədəniyyət bəhsində müasir cahanla rabitəsini qəviləşdirməklə bərabər, milli hars xüsusunda da bütün türk dünyasilə olan əqrabalığını ihmal etmək istəməz, bu onun üçün eyni zamanda siyasi bir əhəmiyyətə dəxi haizdir. Qızıl bolşevizm kisvəsindəki rus harsına qarşı milli mövcudiyyət və istiqlalının şu surətlə daha qüvvətlə müdafiə edilə biləcəgi mühəqqəq degilmidir?!

Hökumətin mədəni bə harsi funksiyonunu qəbul etməklə bərabər ictimai funksiyonunu da qeyd etdik. Biz milli davanın yalnız ümumun faidəsinə yarar ictimai islahat əsaslarının həyata keçirilməsilə qüvvətlənəcəgini və həqiqi istiqlalın ancaq şu surətlə paydar olacağına qaneyiz. Komunistlərin müzür təlimatlarına və müfrit ümdələrinə qarşı mücadilə etdigimiz kibi, əsrin icab etdigi şeylərə qiymət verməyən geri görüşlərə də üsyan edəriz. Sinif təhəkkümlərinin hər növünü rədd ilə ictimai sülh və milli təsanüt əsasını tərvic eyləriz. Əksəriyyətlə rus məktəblərində hökm sürən utopi və anarşizmdən qaçar, müvazinə və itidalları ilə mümtaz Avropa mütəfəkkirlərinə qoşarız!...

lll

Məfkurəmiz zamanın ən əsri fikirlərindən mülhəm bir mənzumə halındadır. Taktikamızda dəxi real və metodik olmaq istəriz. Xəyahlə bilxassə bu sahədə yer vermək niyətində degiliz. Dünki həqiqətlərə nəzərən Rusiyanın dillərdə dastan olan qorxunc “xəyalından” diksinmədigimiz kibi, onunla say müqaisəsinə qalxınca kəndi başına çox kiçik bir rəqəm təşkil edən Azərbaycanın bu “gövdəyə” tək başına qarşı qoya biləcəgini təsəvvür etmək “xəyalından” da uzağız.

Hesabımız tam başqadır: bir kərə yarınki Rusiya dünki Rusiya olmayacaq. Bugünki Rusiya belə dünki Rusiya degildir. 140 milyon!.. Əvət bu doğrudur, fəqət bu qorxunc rəqəm bölünməz bir rəqəm degildir. İşbu məcmui təşkil edən rəqəmdə 30 milyon Ukrayna, 13 milyon Türkistan, 12 milyon da Qafqasiya vardır. Xalis rus ünsürü 80 milyonu belə bulmaz. Ümumi hərb nəticəsində Avropada doğan yeni millətlərlə hal-hazırda müşahidə olunan milli cərəyanlara baxılır və Rusiyadakı milli təşəkkül və hərəkatlar tədqiq olunursa, Rusiyanın cahan tarixində Avstriya və Osmanlı imperatorluqlarının düçar olduğu aqibətə giriftar olmayacağına hökm etmək üçün məqul bir səbəb yoxdur.

Kəndi istiqlallarının geri alınması yolunda hər türlü həqiqi imkanları istifadə etmək zərurətində olan azərbaycanlıların əhəmiyyət verdikləri, təfsilatına pək də lüzum görmədigimiz, siyasi imkanlardan birisini burada bilxassə qeyd etmək istəriz ki, o da Qafqasiya Konfederasyonundan ibarətdir. Haiz olduğu coğrafi, qövmi və bilxassə iqtisadi əhəmiyyətilə Azərbaycanın da daxil olduğu müstəqil bir konfederasyonun Yaxın Şərqdə pək mühüm bir sülhüsəla kamili olacağı bedihidir. Bu bedəhatın hər yerdən ziyadə Qafqasiyanın qonşuları olub Rusiya imperializmindən ən ziyadə dərbələr yemiş bulunan Türkiyə ilə İranda anlaşılacağı aşikardır.

İştə ana xətlərilə Çöhrəmiz! Milli hakimiyyəti uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millətin çöhrəsi!

Bu çöhrə eyni zamanda türkdür və Türkiyədədir. Bunun üçün də o, ərz etdigi irtisamların səmimiyyətlə anlaşılacağına əmindir. Ona bu əmniyyəti verən tarixdir. Həm kəndi tarixi, həm də Türkiyə Cümhuriyyətinin tarixidir!..

“Odlu-Yurd”, 1 mart 1929, № 1 

Müqabil - əvəz, ekvivalent
Maddi - cismani, mənəvi olmayan
İrtikab - pis bir iş görmə
Şirar - pis, yaman
Vəqayə - qoruma, mühafizə, himayə etmək
Təhzib - tərbiyə, təlim, öyrənmə
Kisvə - qiyafə, xarici görünüş
Harsi - qoruyucu
Müfrit - ifrat dərəcədə olan
Təhəkküm - hakim olma, idarə etmə
İrtisam - rəsmli olma  

Məcmuənin ilk nömrəsinin bu baş məqaləsi bizcə məcmuənin baş mühərriri M.Ə.Rəsulzadənindir - Ş.H. 

QARDAŞ SƏSİ 

Azərbaycan istiqlal günü münasibətilə “Yaş Türkistan”ın mühüm bir məqaləsi 

Parisdə, Türkistan istiqlal hərəkatının rəhbəri Çokay oğlu Mustafa bəyin baş mühərrirligi ilə türkcə Türkistan milli istiqlal davasının nürəvvici olmaq üzrə intişar edən “Yaş Türkistan” (Gənc Türkistan) məcmuəsi (Mayıs 1931 nüsxəsi) Azərbaycan elani istiqlalının 13-cü il dönümü münasibətilə “Azəri qardaşlarımıza” və “28 Mayıs Azərbaycanın Milli istiqlal günüdür” başlıqları altında bir baş məqalə dərc etmişdir. Azərbaycan istiqlalının və Azərbaycan istiqlal hərəkatının müxtəlif Türk ellərində nə kibi duyğularla qarşılandığını göstərən məqaləyi, əhəmiyyətindən dolayı eynən alıyoruz:

“- Azərbaycan xalqı, bundan 13 il əvvəl kəndi istiqlalını elan etdi və Türk xalqları tarixində ilk Cümhuriyyəti təsis eylədi. Azərbaycan Cümhuriyyəti ancaq iki ilə qədər davam etdisə də, bu az vaxt içində Azərbaycanlı qardaşlarımız müstəqil dövlət həyatına ləyaqətlərini isbat edə bildilər.

1918 və 1919 sənələri...

Əvət, bu illərdə Qafqaz dağlarının ötə tərəfində, rus xalqının kəndi milli toprağında, insan qanı nəhr kibi axmaqda idi. Qızıl və ağ ruslar eyni heyvanlıq vəhşətilə kəndi qardaşlarını öldürməkdə idilər.

Qafqaz dağlarının bəri tərəfində, Azərbaycanda isə bu əsnada dinc və yaradıcı bir həyat hökm sürməkdə idi. Azərbaycan xalqı dinc həyatın bütün nemətlərindən faqdalanmaqda idi. Nüfuzca kiçik olan Azərbaycan xalqı bir dövlətin böyük işlərində qabiliyyətini göstərdi. Azərbaycan xalqı içində məbusluq və nazirlik kibi böyük məsuliyyətli rolları şərəf və ləyaqətlə ifa edən insanlar bulundu.

Hökumətdəki mərhum Fətəli Xan Xoyski və Yusifbəyli Nəsib bəylər, Azərbaycan parlamentosundakı doktor Həsən bəy Ağa oğlu və hal-hazırda bər həyat bulunan Məhmət Emin bəy Rəsulzadələr, Sülh Konfransında gənc azərilərdən mürəkkəb heyətləri, bunların fəaliyyət və məharətləri Azəri qardaşlarımızın siyasi cəhətdən yetişmiş olduqlarını göstərən parlaq dəlillər idi.

Fəqət Azərbaycan milli istiqlalının düşmənləri, bir zamanlar rus müstəvliləri tərəfindən işğal edilmiş olan bu ölkədə, rus xalqından başqa bir xalqın da kəndi başına yaşaya bilişini və dinclik ilə kəndi dövlət işlərini irəlilədə bilməsini görmək istəmədilər.

1919 sənəsində bəyaz rus ordusu komandanı Denikin, Azərbaycanın Ermənistana hücumu (?!) kibi ağla sığmayan bir yalana istinadən Azərbaycana hərb elan etdi. Bu hərəkəti ilə Denikin qurdla quzunun hekayəsini xatırlatıyordu.

1920 sənəsində Sovet hökumətinin qızıl ordusu Azərbaycana keçdilər və bir qaç Azərbaycan bolşeviklərinin xainanə iştirakı ilə rus bolşevikləri bu dinc məmləkəti Nisanın 18-ndə istila etməgə müvəffəq oldular.

O zamandan bəri bizim müştərək milli faciəmizə bu gün dəxi əlavə olundu.

Bununla bərabər 28 Mayıs Azərbaycan xalqının milli bayram günü olaraq qalmaqdadır.

Bu gün biz Türkistanlıların Azəri qardaşlarımızla bir səfdə bulunmamız və bu gün bizim də milli bayramımız olduğunu kəndimizə təkid etməmiz lazımdır.

Azad və müstəqil Azərbaycan biz türkistanlılar üçün də yurd ədd olunmaqdadır.

Ey Azəri qardaşlarımız!

Unutmayınız ki, biz türkistanlılar hər zaman və hər yerdə, tarixin hər dönüşündə sizinlə bərabəriz. Sizin istiqlal bayrağınız sizin üçün müqəddəs olduğu kibi bizim üçün də müqəddəsdir.

Biz hər zaman və hər yerdə sizinlə bərabər istiqlal bayrağınızı əlimizdən gəldiyi qədər müdafiə edəcəgiz.

Yaşasın hürr və müstəqil Azərbaycan!

Yaşasın həpimiz üçün qiymətli olan milli azadlıq və istiqlal məfkurəsi uğrundakı milli mücadilə cəbhəsində qardaş birligimiz!”

“Odlu-Yurd”, Həziran (iyun) 1931, № 4(29)

Bərhəyat - sağlam həyat

MİLLİYYƏT MƏSƏLƏSİ TƏZAHÜRLƏRİNDƏN 

Keçən aylar əsnasında Avropada şayani-diqqət hadisələrə şahid olduq. Bu hadisələr bizə milliyyət məsələsi cərəyanının mənidar birər təzahürü kibi göründü. Milli dava üzərində israr edən bizim üçün bu “hadisə”ləri tədqiq faidəsiz degildir.

lll

Bu təzahürlü hadisələrdən birisi Yuqo-Slovakiyadakı vaqeədir. Yuqo-Slavya müharibədən əvvəlki Serbistan krallığının, müharibədən sonra aldığı ismdir. Bunun digər bir ismi də Serb-Xarvat-Sloven krallığıdır. Serb radikal firqəsinin müəssisi ixtiyar Paşiçin siyasi əməgilə, parçalanan Avstriya imperatorluğundan ayrılan Xırvatstandan, Slovaniyadan, Bosna-Hersekdən və Qaradağ ərazisindən ibarət olaraq təşəkkül edən bu krallıq “Cənubi Slav milləti”nin müxtəlif qismlərini toplamış bir növü “milli vəhdət” tipi kibi göstəriliyordu.

Halbuki həqiqət bu rəsmi görüşlə pək də müvafiq gəlmiyordu. Serblər, kəndilərini qan qardaşlarının xilaskarı kibi görüyor və bunun üçün də onların kəndilərinə qarşı minnətdarlıq hissi duymalarını umuyorlardı.

Halbuki həqiqət heç də bu mərkəzdə degildi. Serb krallığına yeni rəbt olunan məmləkətlərdə mərkəzdən qaçma və ayrılma hərəkatları meydan alıyordu. Böyük serb krallığının bir növü “Bismarkı” bulunan Paşiç zamanında belə, olduqca iləriləmiş olan bu hərəkat onun vəfatından sonra Yuqo-Slavya birligini təhlükəyə qoyacaq ələni bir hərəkat şəklinə girdi. Avstriya imperatorluğundan ayrılıb da Serbistana birləşdirilən vilayətlərdə Belqrad siyasətinə qarşı şiddətli bir müxalifət başladı. Bu müxalifətin başında xarvatlar və onlar arasında təşəkkül edən köylü firqəsi duruyordu. Bu firqənin rəisi məmləkətdə pək böyük bir nüfuz və etibara malik bulunan Radiç idi. Radiçin firqəsi Serbistan mərkəziyətçiliginə qarşı cidal açmış bulunuyordu. O, bu cidalında yalnız xarvatları degil, yeni ilhaq olunmuş məmləkətlərdən slavonyalılarla, bosna-hersiklilərdən mühüm bir qismini dəxi kəndisilə bərabər buluyordu. Bosnalı müsəlmanlar da serb siyasətinə müxalif olan bu cərəyanla ittifaq halında idilər.

Yeni təşəkkül edən Cənubi Slav krallığında zühur edən siyasi dava serb-xarvat duellosu şəklini almışdı. Xarvatlar, məmləkətin sıxı bir mərkəziyyət və əskəri metodlarla idarəsini müstəlzim “dovidan” qanuni əsasının dəgişdirilərək, məmləkət idarəsinin federasyon əsası üzərinə tədil olunması kibi, Xırvatıstan üçün də muxtariyyat istiyorlardı.

Bir tərəfdən sentralist və vəhdətçi serblər, digər tərəfdən də federalist və iftirakey xarvatlar arasında gündən-günə alovlanan bu mücadilə nihayət Belqrad skupçinasındakı qanlı hadisələrə müncər oldu. Bu hadisələr nəticəsində Radiç ilə arkadaşları öldürüldü. Bu fəci hadisə üzərinə Xarvatstan mərkəzi Zaqrebdə toplanan xarvat məbusları kəndi başlarına bir Məbusan Məclisi təşkil etdilər. O zaman Almaniyada yığılan beynəlmiləl parlaman əzaları konqresinə müraciətlə Belqrad hökumətinin və parlamanının Xarvatstanı təmsil edəməyəcəgini elan edəcək qədər irəlilədilər.

Xırvatıstan istiqlalının elanına adəta bir rəməq qalmışdı. Serbistan krallığı bilqüvvə olmasa da bilfeil parçalanmış bulunuyordu. Anarşi başlamışdı. “Bəyaz əldivən” namını daşıyan əskəri saray təşkilatına istinadla qanuni-əsəsasiyi ləğv edərək, kəndi diktatorluğunu təşkil etmək surətilə, kral Aleksandr şimdilik bu dağılma hərəkatının önünə keçmiş kibi görünüyorsa da serb-xarvat münaqişəsinin bu kibi tədbirlərlə həll ediləcəginə ümid etmək doğru olmaz. Hadisələri doğuran amilləri bir azacıq tədqiq edəcək olursaq, bu hökmün nə dərəcədə doğru olduğunu təqdir edəriz.

İkisi də Slav, həm də Cənubi Slav irqindən və, məruf vəchilə, bir millətdən olduqları halda və hərbi ümumi kibi tarixi bir fürsət nəticəsində, milli bir səltənət içərisində birləşmiş ikən xarvatları bu “geriləmə” hərəkatına, bu qədər şiddət və israrla sövq edən səbəb nədir?

Tədqiqə dəgər bu suala məqtul İ.Radiç tərəfindən nəşr olunan bir məqalədən aldığımız cavab, xülasətən bundan ibarətdir:

Serblər bütün tarixlərində daima hərb və zərblə məşğul olmuşlar, hürriyyət və istiqlallarını da ancaq şu surətdə əldə etmişlərdir. Serbistanı idarə edən iki sülalənin tarixində daxili islahat, vətəni hürriyyət və mədəniyyət üçün mübarizəyə təsadüf olunamaz. Serb ədəbiyyatının ən böyük motivi türklər və müsəlmanlara qarşı nifrət saçan kuyü şovinizmdən ibarətdir. Bu ədəbiyyatda böyük ictimai islahat prinsiplərini müdafiə edən bəşəri mövzulara rast gəlinməz.

Türk idarəsində bulunduğu zaman Serbistan şəhərləri serbli ünsürdən məhrumdu. Belqrad da daxil olduğu halda, Serb şəhərlərindəki əhali yunanlı, erməni və türklərdən ibarət bulunuyordu. Türklər çəkildikdən sonra şəhərlərə gələrək yerləşən bəzi serb ağaları isə daha mənfi birər tip təşkil ediyorlardı. Serb münəvvərləri əksəriyyətlə sırplaşmış rum papaslarından və “papoviç” namını daşıyan bu nəsil evladından ibarətdir. Mədəni mərkəzlərinin (şəhərlər) möhtəkir, mütəğəllib və qeyri milli ünsürlərdən mürəkkəb olduğuna nəzərən, serb zübterilə xalqı arasında Radiçə görə dərin bir uçurum vardır. Köylü Belqraddan qorxarmış, milli sülalədən çəkdiyini serb köylüsü bəlkə müstəvli türklərdən belə çəkməmişdir. Türk idarəsi zamanında Serb xalqı kəndi kəndini idarəyə yarar bəzi ictimai müəssisələrə malik bulunuyordu. Krallar onu bundan da məhrum etmişlərdir. Rus çarı I Aleksandr Serbistan istiqlalının elanından sonra Rudofinikin adında bir yunanlıyı tədqiq üçün Belqrada göndərmiş. Çara təqdim etdigi raporunda Rudofinikin serb kralının idarəsini “burada gördüklərimi bu vaxta qədər bildigim heç biri ilə tərif edəməm. Bu nə mütərəqqiyyətdir, nə də istibdad. Burası nə Türkiyə, nə də Əfqanıstana bənzər. Bu daha əmsalı dünyada görülməmiş bir məmləkətdir, bir məmləkət ki, orada bir adam nə adət, nə din, nə qanun, nə də kəndi təəbəsindən qorxu hissilə hesablaşmaz və hər istədigini bilatərəddüd yapar” sözləri ilə anlatmışdır.

Bu halatı-ruhiyyə serb sarayı ətrafında hala yaşamaqda imiş. Serb parti politiklərini ictimai islahat proğramından ziyadə əlaqədar edən şey hökumət iqtidarına və millət xəzinəsinə sahib olmaq qayəsidir. Boyuna hərb və zərblə keçinən və bu keşməkeşdə ictimai islahat əndişəsinə vaxt bulamıyan Serbistan cahan hərbində tarü mar oldu. Serb köylüsü soyularaq soğana döndü. Bu köylünün müzəffər hərb nəticəsindəki ruhi-haləti də soğana döndü. Bu köylünün müzəffər hərb nəticəsindəki ruhi-haləti də qəribdir. Milyardlarla alınacaq hərb təzminatı köylülərə dağıdılacaq və bununla o, qeyb etdiklərini təlafi edəcəkmiş. Bəklədigi milyardları almamışsalar da, əksəriyyətlə əskər və məmur keçinən serblər böyüyən Serbistanı kəndi malikanələri kibi görüyorlar. Zabitlik, hüdud mühafizligi, polis məmurluğu, jandarma hizməti və sairə, adəta onlara münhəsirdir. Yuqo-Slavyadakı nüfusun ancaq 30%-ni təşkil etdiklərindən məmuriyyət almaq üçün pək o qədər müşkülat da görmüyorlar.

Xarvatlara gəlincə, bunlar tamamilə başqa bir tarix və tərzi-həyat məhsuludurlar. Bir kərə Xırvatıstan mərkəzini təşkil edən Zaqreb ilə həvalisi nə Venedik, nə Türk, nə də Macar idarəsində bulunmamış. Avstriya imperatorluğu zamanında dəxi sadə bir vilayət hökmündə degil, muxtar bir şəkildə idarə olunmuşdur. O dərəcədə ki, kəndisinə məxsus ordusu ilə sikkəsi belə varmış. XII əsrdən etibarən Şimali Xırvatstan mədəni bir həyatla yaşadığı kibi, ondan əvvəldə Dalmaçya Xırvatstanı olduqca mütəna bir mədəniyyətlə yaşamışdır.

Xarvatlar çalışqan və əksəriyyətlə köylü bir xalqdır. Milli burjua və milli münəvvər zümrəsinə malik olan bu xalq serb xalqına nisbətlə daha mütərəqqidir. Oxuma-yazma bilməyən xarvatlarda 33 %-ikən, serblərdə 93%-dir. Xarvat münəvvərlərindən bir çoxu ya almanca və yaxud italyanca bilirlər. Serblərdə monarşist və dini bir ənənə yaşadığı halda, bunlarda biləks demokrasi ənənəçisi və cümhuriyət meylləri yaşıyor. Ümumi hərb əsnasında Amerikadan gələrək Serbistan ordusu kadrolarına girən xarvatlar oradan buraya cümhuriyyət qayələrini gətirmişlərdir. Radiçin təşkil etdigi Xarvat Köylü Firqəsi radikal fikirlərlə məşbu bir firqədir.

Əksəriyyətlə müstəhlik məmurlar zümrəsindən ibarət olub komanda etməyə alışqan serblərə müqabil, əlinin məhsulu ilə yaşayan müstəhsil xarvat köylüsünün durduğunu görüyoruz ki, ixtilafın əsil səbəbini də burada aramalıyız. Xarvat köylüsü yeni dövlətin siyasi vəhdətini pozmamaqla bərabər istiyor ki, kəndi həyatına bizzat kəndisi hakim olsun. Milli idarənin yabançı Avstriya səltənətindən daha muziyə və qeyri mədəni olması onu müxalifətə çəkiyor, o muxtariyyət tələbinə qalxışıyor. Bu muxtaqriyyəti verməzlərsə o, Serb-Xarvat-Sloven krallığından ayrılmağa belə hazırdır.

Bütün bunlara xarvatların katolik, serblərin ortodoks olduqlarını da əlavə edəlim. Xarvatlar latın hərflərilə, serblər isə kiril hərflərilə yazıyorlar. Birincilər nə olsa da alman mədəniyyətinin, ikincilər isə genə Radiçin təbirilə Osmanlı idarəsinin təsiri altında yetişmişlərdir. Demək ki, aralarında mədəniyyət və zehniyyət fərqi də vardır.

Sonra xarvatlar Belqradda tətbiq olunan xarici siyasətdən də məmnun degildirlər. Məsəla, İtaliya ilə münasibətini serb sarayı Xırvatıstan hesabına tıənzim eyləmişdir. Belqrad kabinəsi tərəfindən İtalyaya təslim olunan Fiyume, Cənubi Xırvatıstan və yaxud Dalmaçyanın ən mühüm limanını təşkil edər. Xarvatlar Fiyumenin tərkilə həyati mənfəətlərinə mühüm bir dərbə endirildiginə qanedirlər. Nitəkim İskupçanın bu xüsusdakı müahideyi xarvat məbusların şiddətli və nümayişkaranə protestolarına rəğmən təsdiq eyləmişdir və bu protestonun serb-xarvat qavqasının alovlanmasında çox böyük təsiri olmuşdur.

Arada bu dərəcədə həyati və əsaslı mənfəət, zehniyyət və hissiyyat fərqi varkən bu iki cəmiyyəti vahid bir millət kibi tələqqi edərək, bir mərkəzdən və bir tərzdə idarə etmək üçün serb imperializminin “bəyaz əldivənli” istibdadı zənn etməyiz ki, kafi gəlsin!

M.Ə.Rəsulzadə
”Odlu-Yurd”, Nisan 1929, № 2 

Ələni - aşkar, meydanda olan
Müstəlzim - səbəb olan, səbəbkar, bais
Rəməq - bir az
Məqtul - qətl edilmiş 
Kuyu - istiqaməti
Mütəğəllib - qalib, qələbə çalan
Zübte - qaymaq, üzdə olan
Tərif - ətraflı izah edib anlatma
Müstəhlik - istehlak edən, işlədən
Müzie - usandırıcı

 

 

 

 

 

 

 

 




Baxış sayı: 2 377
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930