Azərbaycanın Aktaudakı Baş Konsulluğunda 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Baş Konsulluq xəbər verir ki, iştirakçılar əvvəlcə Vətən müharibəsini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı və “Dostluq” Etnomədəni Birliyinin üzvü Yusif Quliyev çıxış ediblər. Çıxışlar zamanı Baş Konsulluğun Vətən müharibəsi ilə bağlı hazırladığı slayd-şou nümayiş etdirilib.
Çıxışlardan sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin rəşadətindən bəhs edən və Şuşa əməliyyatına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Təşkil olunan ziyafət zamanı isə 2025-ci ildə Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradından görüntülər nümayiş etdirilib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
