FACT-INFO.AZ » CƏMİYYƏT » Zəfərin işığında ucalan ömür
Bu gün, 11:30 | CƏMİYYƏT
Zəfərin işığında ucalan ömür

Hər insan zamandan keçib gedir. Ancaq elə insanlar var ki, zaman onların adının yanından keçə bilmir. Onlar ömürlərini sadəcə yaşamırlar, onu Vətən sevgisinin işığında mənalandırırlar. Belə insanların qəlbində torpaq adi bir məkan deyil, tale deməkdir. Bayraq sadəcə dövlət rəmzi deyil, ruhun ən uca zirvəsi, qürurun və sədaqətin müqəddəs təcəssümüdür. Onlar həyatlarını xalqın arzuları ilə birləşdirir, nəfəsini Vətənin nəfəsinə qatırlar. Məhz buna görə də mənəvi əbədiyyət qazanırlar. Çünki qəhrəmanlıq yalnız döyüş meydanında nümayiş etdirilən cəsarət deyil. Qəhrəmanlıq ömür boyu şərəfi hər şeydən üstün tutmaq, vicdanı Vətən sevgisi ilə yoğurmaq və xalqa sədaqətlə xidmət etməkdir. Siz də bu ali dəyərləri həyatında yaşadan, adını xalqın qəlbində hörmət və ehtiramla yaşatmağı bacaran Vətən oğullarındansınız.

Zəfər Günü təkcə qazanılmış bir qələbənin bayramı deyil. Bu gün bir millətin yenidən dirçəlişinin, sarsılmaz iradəsinin və məğrur ruhunun təntənəsidir. Bu gün şəhidlərin pak ruhlarının səmalarda qanad açdığı, qazilərin başını qürurla uca tutduğu, qəhrəmanların adlarının xalqın yaddaşında əbədiyyət qazandığı gündür. O uca məqamda Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı, sizin kimi igidlərin adı da qürurla dalğalanır.

Bu əziz gündə Sizə ən səmimi duyğularımla təbriklərimi çatdırır, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayıram. Qoy tale yolunuz daim işıqlı olsun, xidmət etdiyiniz müqəddəs dəyərlər Sizi daha böyük zirvələrə yüksəltsin. Mərdliyiniz, sadəliyiniz, səmimiyyətiniz və yüksək insani keyfiyyətləriniz ömrünüzün ən qiymətli mükafatı kimi hər zaman parlasın.

İnsan yalnız rütbəsi ilə deyil, mənəvi ucalığı ilə böyüyür. Elə insanlar var ki, onların varlığı bir məktəbə, ömür yolu bir örnəyə, adı isə bütöv bir dəyərə çevrilir. Siz Vətənə sədaqətin, xalqa məhəbbətin və dövlətə bağlılığın canlı təcəssümüsünüz. Çünki əsl qəhrəmanlıq yalnız döyüş meydanında qazanılan şərəf deyil, qələbədən sonra da eyni əzm, eyni sədaqət və eyni məsuliyyətlə xalqa, dövlətə xidmət etməkdir.

Salyanın bərəkətli torpağı əsrlər boyu igid oğullar yetişdirib. Bu gün həmin torpaq sizin kimi mərd, cəsur və ləyaqətli övladı ilə haqlı olaraq qürur duyur. Stansiya qəsəbəsindən başlayan həyat yolunuz artıq təkcə bir insanın taleyi deyil, bütöv bir elin, bir obanın qürur salnaməsinə çevrilmişdir.

Qoy zaman keçdikcə qəhrəmanlığınız haqqında söylənən hər bir söz gənclər üçün vətənpərvərlik dərsi, həyat yolunuz isə şərəf və sədaqət məktəbi olsun. Çünki qəhrəmanların ömrü illərlə ölçülmür. Onların ömrü xalqın yaddaşında yaşadığı müddət qədər uzun, qəlblərdə yandırdığı işıq qədər əbədi olur.

Zəfər Gününüz mübarək olsun, Vətən Müharibəsi Qəhrəmanı Səfər Qurbanov! Azərbaycan sizin kimi mərd oğulları ilə güclüdür. Salyan isə sizin kimi igid övladları ilə qürur duyur.

Qələbənin işığında ucalan ömürlər zamanın yaddaşından silinmir. Çünki Vətən üçün yaşayan insanlar ömürlərini illərlə deyil, əməlləri ilə əbədiyyətə çevirirlər. Bayrağımız səmalarda dalğalandıqca, Qarabağın azad zirvələrinə sübh işığı qonduqca, qəhrəmanlıq ruhu da xalqımızın qəlbində yaşayacaqdır. Vətən Müharibəsi Qəhrəmanı Səfər Qurbanov kimi igidlərin adı yalnız bir insanın taleyi deyil, bir millətin qüruru, bir xalqın mənəvi gücü və gələcəyə ünvanlanmış inamıdır. Çünki qəhrəmanlar tarixdə yaşamırlar, tarixin özünə çevrilirlər. Onlar torpağa iz salmırlar, millətin taleyinə möhür vururlar. Vətən yaşadıqca, Azərbaycan var olduqca, belə oğulların adı xalqın dualarında, qəlblərində və yaddaşında işıq kimi parlayacaqdır, nəsildən-nəslə ötürülərək əbədiyyətə qovuşacaqdır. Çünki bəzi insanlar sadəcə ömür yaşamırlar, Vətən adlı müqəddəs kitabın ən şərəfli səhifəsinə çevrilirlər...


Mövsümağa Ədalətoğlu
44GUNSAVASH.az saytının Baş Redaktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
yazıçı-publisist




Baxış sayı: 95
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 12:00 Zəfərin işığında ucalan ömür Bu gün, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Dünən, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Dünən, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Dünən, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Dünən, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Dünən, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30