Bu sözləri Gürcüstan mətbuatına müsahibəsində Türkiyənin Xarici İşlər Nazirliyi nəzdində Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Məsud Özcan söyləyib.
Onun sözlərinə görə, bu ölkələr arasındakı üçtərəfli ittifaq regionda sabitliyi və təhlükəsizliyi, həmçinin iqtisadi inkişafı təmin edir. M.Özcan deyib: “Azərbaycan və Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə bu ölkələrə böyük sərmayələr yatırıb. Hər iki ölkə ilə Yüksək Əməkdaşlıq Şurası yaradılıb. Bununla da strateji tərəfdaşlığımızın möhkəm təməli qoyulub. Bu gün əsas məqsədimiz ölkələrimiz arasında viza sistemini ləğv etmək və ticarət əlaqələrini yüngülləşdirməkdir”.
Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri bildirib ki, Bakı, Ankara və Tbilisi üçün enerji və nəqliyyat layihələrinin inkişafı qarşıda duran əsas vəzifələrdəndir. “Biz bu sahələrdə əməkdaşlığımızı nə qədər çox inkişaf etdirsək, ölkələrimizin təhlükəsizliyi barədə də o qədər inamla danışa bilərik. Regionun gələcək inkişafının əsas amili də budur”, - deyə Məsud Özcan vurğulayıb.(Azərtac)
Baxış sayı: 1 686
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

