FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistanda siyasi böhran: yeni baş nazir kim olacaq?
14-06-2017, 08:20 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistanda siyasi böhran: yeni baş nazir kim olacaq?

 Göstərilir ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar. İndiki baş nazirin artıq iki dəfə istefa ərizəsi yazdığı barədə informasiyalar da mövcuddur. Hər bir halda erməni siyasi dairələrində 2018-ci ildə ciddi dəyişikliklərin olacağı barədə məlumatlar dolaşır. Bununla yanaşı, ölkəni varlı adamların tərk etdiyini də erməni KİV-i vurğulayır. Həmin prosesin arxasında siyasi faktorların dayandığını deyirlər. Belə çıxır ki, artıq Ermənistanda gözlənilən dəyişikliklərdən yaxa qurtarmağa cəhd edənlər var. Yekun olaraq bütün bu proseslərin Ermənistanı daha pis vəziyyətə sürüklədiyini demək mümkündür. Onun yarada biləcəyi fəsadlardan biri də regionda xaosun meydana gəlməsi ola bilər. Ermənistan hələ də Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqdadır.

Hökumətin qara günləri: qeyri-müəyyənliklə üz-üzə

Karen Karapetyanı ermənilər hurreylə baş nazirliyə gətirəndə böyük vədlər verirdilər. Ekspertlər yeni baş nazirin həyata keçirəcəyi islahatlardan ağızdolusu danışırdılar. Ehtimal olunurdu ki, Moskvaya yaxınlığı ilə tanınan yeni hökumət başçısı fəal işləməklə, çalışacaq ki, Kremlin ümidlərini doğrultsun. Lakin bir sıra erməni ekspert əvvəlcədən bütün bunların bir oyun olduğu haqqında fikir bildirirdilər. Onlar Ermənistanın real siyasi vəziyyətini təhlil edərək, proqnozlaşdırırdılar ki, əsas məqsədin vəzifə uğrunda savaş olması yaxın zamanlarda bəlli olacaq.

Artıq erməni mətbuatı bu proqnozun doğru olduğunu təsdiq edən informasiyalar yayır. Onlardan “Joxovurd” (Xalq) və “Jamanak” (Zaman) qəzetləri açıq surətdə vurğulayırlar ki, hakimiyyət baş nazirin dəyişdirilməsi oyununu başlayıb. Əsas siqnal kimi Ermənistan parlamentinin sədr müavini, Serj Sarkisyanın partiyasından olan Eduard Şarmazanovun bir fikrini göstərirlər.

E.Şarmazanov deyib: “...parlament seçkilərinin nəticələrinə görə xalq 2022-ci ilə qədər Respublika partiyasına hökuməti formalaşdırmaq və baş naziri təyin etmək hüququ verib... bu, parlament sistemidir, baş nazir sistemi deyil, burada hər şeydən önəmlisi baş nazirin kimliyi deyil, məsuliyyət daşıyan komandanın olmasıdır” (bax: Пресса: Правящая партия готовит общественность к отставке премьер-министра Армении / “Verelq.am”, 6 iyun 2017).

Ekspertlər bu sözləri 2018-ci ildə Ermənistanın tamamilə parlament üsul-idarəsinə keçməsi ilə indi prezident olan Serj Sarkisyanın baş nazir təyin ediləcəyinin ilk ifadəsi kimi qiymətləndirirlər. Bəs, S.Sarkisyan nəyə görə bu addımı atsın? Onun səbəbi ilə bağlı erməni mətbuatı bir arqumenti irəli sürür.

Məsələ ondan ibarətdir ki, E.Şarmazanov 2018-ci ildə baş nazir postuna ölkənin təhlükəsizlik doktrinasını ən yaxşı şəkildə həyata keçirənin yiyələnəcəyini deyib. "Jamanak" bununla bağlı yazır: "Respublika partiyasının mətbuat katibinin sözlərinə qarşı əks arqument gətirmək çətindir. Çünki Ermənistan hakimiyyəti nə qədər keyfiyyətsiz olsa da, onun formalaşmasında əsas amil təhlükəsizlik komponenti olacaq. Həll edilməmiş münaqişəsi və iki qonşu ilə sərhədləri bağlı olan bir ölkə üçün başqa cür ola bilməz" (bax: əvvəlki mənbəyə).

Ermənistandakı siyasi vəziyyət bütövlükdə aydındır. Əvvəla, erməni iqtidarı olduqca çətin situasiyadadır. Yarıtmaz xarici və daxili siyasət ölkəni iflic halına salıb. Belə bir vəziyyətdə hökumətə iqtisadi və siyasi islahatlar apara bilən, idarəetməni şəffaf və demokratik hala gətirən adam başçılıq edə bilməz. Diqqət edirsinizsə, hökumət rəhbərini seçmək üçün əsas faktor kimi təhlükəsizliyi götürürlər. Deməli, demokratiya, insan haqları, iqtisadi islahatların aparılması, xarici siyasətdə barışa və əməkdaşlığa üstünlük vermək yada düşmür. İrəvanın bu kimi sivil məqsədlərlə arası yoxdur. Lakin sözdə rəsmi İrəvan və havadarları daha çox demokratiyadan, insan haqlarından və şəffaflıqdan danışırlar. Yəni bütün bu gəlişigözəl sözlər real acınacaqlı vəziyyəti gizlətmək üçün deyilir.

İkincisi, aydın olur ki, S.Sarkisyanın dərin korrupsiya sistemi ölkədə demokratik idarəetməyə və real iqtisadi-sosial islahatlar aparmağa imkan vermir. Buna görə də hökumətə başçı Respublika partiyasından, yəni korrupsiyanı yaradan siyasi dairədən olmalıdır. Bu keyfiyyətdə isə daha çox S.Sarkisyan fərqlənir. O, hökumətə ya özü başçılıq etməklə, ya da daha optimal variantda prezident qalaraq ən yaxın korrupsiyaçını gətirməklə vəziyyətdən çıxa bilər. Necə deyərlər, “filankəs filankəsin ayağını basmaz”. Buna görə də K.Karapetyanın vəzifədən uzaqlaşdırılması mümkündür.

Region təhlükədə: Ermənistan xaos və risk mənbəyi kimi

Nəhayət, başqa bir məqamı da vurğulamaq lazımdır. Ermənistan KİV-i informasiya yayır ki, ölkədən varlı adamlar qaçırlar. Onların sırasında keçmiş baş nazirin yaxın adamları (məsələn, qardaşı) vardır. Onlar özləri bunu siyasi səbəblərlə izah etmirlər. Ancaq fakt faktlığında qalır – bir zamanlar yüksək vəzifə tutmuş və xeyli kapital toplamış adamlar, yavaş-yavaş aradan çıxmağa başlayıblar. Səbəb nədir?

Əsas səbəb ölkənin çox ağır sosial-siyasi və iqtisadi durumda olması ilə bağlıdır. Artıq imkanlı adamlar belə ölkədə vəziyyətin düzələ biləcəyinə ümid etmirlər. Bütün sahələr üzrə böhran getdikcə daha da dərinləşir. Sərmayə qoyub, fəaliyyət göstərmək imkanları da minimumdur. Çünki bütün sferalar hakimiyyətdəki bir qrupun tam nəzarəti altındadır. Onların başı üstündə də Kremldəki havadarları dayanır. Belə bir şəraitdə Ermənistanda varlı olmaq təhlükəlidir, risklidir.

Bunlarla yanaşı, hakimiyyətdə olmuş adamların ölkədən qaçması arxasında onların da korrupsiyaya qurşanması faktı dayanır. Bəzi ayıq oliqarxlar anlayırlar ki, müəyyən müddətdən sonra onları meydana çıxacaq yeni korrupsiya sistemi çökdürə bilər. Bu səbəbdən indidən bütün varidatlarını daha təhlükəsiz olan Avropaya daşıyırlar, sonra da özləri gedirlər.

Bütün bunların fonunda baş nazir Karen Karapetyanın iki dəfə istefa ərizəsi yazmaq istəməsi ilə bağlı erməni KİV-də yayılan informasiyaların təsadüfi olmadığı görünür. Ya doğurdan da, K.Karapetyan çarəsizlikdən canını vəzifədən qurtarmaq fikrinə düşüb, ya da ona dolayısı ilə xəbərdarlıq edirlər ki, sıra sənə də gələ bilər. Hər iki variantda indiki baş nazirin çox pis vəziyyətə düşdüyünü demək olar. Onun siyasi taleyinin necə olacağını yəqin ki, Serj Sarkisyan yox, Kremldəki ağaları müəyyənləşdirəcək.

Yuxarıda ifadə edilən fikirlərin fonunda bir məqam tam aydın olur – Ermənistanda müşahidə olunan sosial, siyasi və iqtisadi böhranın müxtəlif səbəbləri vardır. Bütövlükdə bu ölkədə dövlətçiliyin böhranı meydana gəlib. Bütün sistem iflic vəziyyətinə düşüb. Sözdə parlament idarəetmə sisteminə keçid, reallıqda konkret nəticə verə bilməz. Çünki bütün hallarda demokratik idarəetmə aydın şərtlərin olduğu mühitdə mövcud ola bilir. Burada da inqilabi deyil, liberal transformasiyalar əhəmiyyət kəsb edir.

Ermənistanda korrupsiyanın hakimiyyətin və cəmiyyətin dərinliklərinə qədər işləməsi durumunda hansı şəffaflıqdan, yaxud demokratik idarəetmədən danışmaq olar? Mümkün deyildir, çünki bütün hallarda islahatlar korrupsiya sistemində ilişib qalacaq. Kadrlar da bacarığa, peşəkarlıq və demokratikliyə görə deyil, korrupsiya sisteminin marağına görə həyata keçiriləcək. İndi müşahidə edilən proseslər bunu təsdiq etməyə imkan verir.

Unutmaq olmaz ki, parlament seçkisində uğur qazananlar sırasında "Daşnaksütyun" da var. Daşnakların demokrat olduqlarını heç özləri də deyə bilməzlər. Onların amalları başqadır – terror. Yalnız bu üsulla siyasi məqsədlərinə çata biləcəklərini düşünürlər. Daşnaklar indi hökumətdə daha çox yer tutmağa çalışırlar. Onda yeni hökumət mahiyyətcə kim olacaq – demokrat, yoxsa daşnak! Təbii ki, daşnakların olduğu yerdə demokratiyadan danışmaq gülüncdür Deməli, hökumətdə bir oyun gözlənilir. Bu prosesdə Ermənistan demokratikləşmə və iqtisadi inkişafa deyil, yeni xaos mərhələsinə qədəm qoyacaq.

Bunlardan aydın olur ki, hazırda Ermənistanda müşahidə edilən siyasi hakimiyyət böhranı kifayət qədər ciddi nəticələr verə bilər. Kənardan olan təsirlər və regionda gedən geosiyasi proseslər fonunda Ermənistan hakimiyyətinin olduqca çətin vəziyyətə düşməsinə şübhə yoxdur. Bu isə başqa fəsadlarla yanaşı, Cənubi Qafqazda müharibə riskini artırmış olur. Çünki Sarkisyan rejimi aranı qarışdırmaqla əsas təzyiqləri özündən yayındırmağa çalışacaq. Bunun mümkün əlamətlərindən biri də Dağlıq Qarabağ istiqamətində yeni erməni təxribatlarının olması ehtimalı ilə bağlıdır.

Ermənistan hərbi təxribatlar törətməklə bölgəni xaosa sürükləyə bilər. Bu da öz növbəsində müəyyən qüvvələrin burada daha çox silah və hərbi qüvvə yerləşdirməsinə imkan yaradar. Təbii ki, belə həssas vəziyyətdə münaqişənin ədalətli həllindən söhbət gedə bilməz. Deməli, Ermənistan dövlət olaraq öz mənfur fəaliyyətini davam etdirir.
Newtimes.az

 

 

 




Baxış sayı: 1 667
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30