FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Nizami Gəncəvi irsinin təbliği məqsədilə təqdimatlar hazırlanıb
21-08-2026, 11:30 | MƏDƏNİYYƏT
Nizami Gəncəvi irsinin təbliği məqsədilə təqdimatlar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə yeni təqdimatlar hazırlanıb.

Kitabxanadan  Fact-info.az-a bildirilib ki, süni intellekt əsasında ərsəyə gətirilən bu təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi məzmunu, eləcə də mütəfəkkirin insan və cəmiyyət haqqındakı dərin düşüncələri əks olunub.

Müasir informasiya texnologiyaları vasitəsilə hazırlanan təqdimatlar klassik irsin rəqəmsal mühitdə daha əlçatan və maraqlı formada təqdim edilməsinə, xüsusilə gənc nəslin Nizami Gəncəvi yaradıcılığına marağının artırılmasına xidmət edir.

“Xəmsə”nin ilk poeması olan “Sirlər xəzinəsi” – “Şərq ədəbiyyatının qızıl qapısı”na həsr olunmuş təqdimatda əsərin mənəvi-əxlaqi və fəlsəfi mahiyyəti, insanın kamilliyə, ədalətə və mənəvi ucalığa yüksəlməsi ön plana çəkilir.

“Xəmsə”nin dünya ədəbiyyatındakı xüsusi yeri olan “İşıqlı miniatür səlnaməsi” – “Xosrov və Şirin” poemasına həsr olunmuş təqdimatda sevgi, sədaqət, mənəvi seçim və insan xarakterinin kamilləşməsi kimi mövzulara diqqət yetirilir.

Nizami Gəncəvinin “Əbədi eşqin təkamülü” – “Leyli və Məcnun” poemasına həsr olunmuş təqdimat klassik Şərq ədəbiyyatının ən məşhur məhəbbət dastanlarından birinə fərqli rəqəmsal baxış təqdim edir. Burada məhəbbətin insan ruhuna təsiri, sədaqət və mənəvi bağlılıq kimi anlayışlar ön plana çıxarılır.

“Xəmsə”nin digər möhtəşəm əsəri olan “Kainatın və insan ruhunun təkamülü – “Yeddi gözəl” poemasına həsr olunmuş təqdimatda əsərin simvolik-fəlsəfi məzmunu, insanın özünü dərk etməsi və kamilliyə doğru mənəvi yolu araşdırılır. “İsgəndərnamə” poemasına həsr olunmuş “Müdrikliyə səyahət” adlı təqdimatda isə elm, bilik, ədalət, dövlət idarəçiliyi və müdriklik kimi Nizami yaradıcılığının mühüm ideyaları diqqətə çatdırılır.

Təqdimatlar kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30