FACT-INFO.AZ » AKTUAL » Azərbaycanın Almaniyadakı səfiri “Inside Wirtschaft” xəbər saytına müsahibə verib
13-06-2017, 10:00 | AKTUAL
Azərbaycanın Almaniyadakı səfiri “Inside Wirtschaft” xəbər saytına müsahibə verib

“Inside Wirtschaft“ iqtisadi təmayüllü xəbər saytının Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovla video-müsahibəsi dərc edilib. Səfir müsahibədə Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair sualları cavablandırır.

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsini dəyərləndirən R.Həsənov iki ölkə arasında bütün sahələrdə yaxşı münasibətlərin, o cümlədən ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu bildirir. Səfir qeyd edir ki, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razı olsaq da, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir.

Diplomat bildirir ki, 2016-cı ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi təxminən 2 milyard Avro təşkil edib. Azərbaycan Almaniyaya neft və neft məhsulları ixrac edir və Almaniyanın xam neft idxalında 5-ci pillədədir. 2017-ci ilin ilk rübündə Almaniya Azərbaycanın 5-ci ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir və Azərbaycandan Almaniyaya müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edilir. Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, kimyəvi maddələr, yüksək texnologiyalı avadanlıqlar, eləcə də kənd təsərrüfatı məhsulları idxal edir.

Ötən ilin iyun ayında Berlində Azərbaycan Prezidenti İlham Əliyevin və AFR-in Vitse-kansleri və o zamankı iqtisadiyyat naziri Ziqmar Qabrielin iştirakı ilə keçirilmiş Azərbaycan-Almaniya İqtisadi Forumuna toxunan səfir bu tədbirin ölkələrimiz arasındakı iqtisadi-ticarət münasibətlərdə yeni mərhələ açdığını bildirir. R.Həsənov qeyd edir ki, Forumda hər iki ölkədən 300-dən artıq şirkət iştirak edib və bunun ardınca çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Azərbaycan şirkətləri Almaniyada keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə fəal surətdə iştirak edirlər.

Azərbaycanın bir sıra transregional layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirən səfir cari ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Çin arasındakı daşımalar üçün ən qısa quru nəqliyyatı yolunun vacib tərkib hissəsi olacağını və bunun alman şirkətləri üçün də yeni imkanlar açacağını bildirir.

Cənub Qaz Dəhlizi layihəsi barədə verilmiş sualı cavablandıran R.Həsənov Azərbaycanın Avropa İttifaqı və Almaniyanın strateji və etibarlı enerji tərəfdaşı olduğunu qeyd edir. Bildirir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçudur. 2020-ci ildə tam istifadəyə verilməsi gözlənilən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə müsbət töhfə verəcəkdir.

Səfir vurğulayır ki, ilkin dəyəri təxminən 45 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinin hər dörd komponenti üzrə işlər uğurla davam etməkdədir. Layihənin tərkib hissələri olan “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşaatı üzrə işlərinin əksəriyyəti tamamlanmışdır. Təqribən 3500 kilometri əhatə edəcək Cənub Qaz Dəhlizi sayəsində Azərbaycanın təbii qazının İsveçrə vasitəsilə Almaniyaya da çatdırılması mümkün olacaqdır.

Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə verilmiş sualı cavablandıran diplomat Azərbaycanın hər zaman enerji ehtiyatlarından əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının digər sektorlarının inkişafına yatırdığını və bununla da ölkə iqtisadiyyatını daim şaxələndirdiyini vurğulayıb. R.Həsənov qeyd edir ki, ölkəmiz bir sıra iqtisadi islahatlar və tədbirlər həyata keçirir və bununla da neftin qiymətindəki dəyişkənliyin ölkə iqtisadiyyatına göstərə biləcəyi təsirləri neytrallaşdırmağa çalışır. Səfir əlavə edir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını, o cümlədən iqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə ölkəmiz iqtisadiyyatın daha da liberallaşdırılması, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ticarət və gömrük prosedurlarının asanlaşdırılması istiqamətində tədbirlərini davam etdirir.

Azərbaycan iqtisadiyyatının diversifikasiyasında alman şirkətlərinin mümkün roluna toxunan səfir Almaniyanın zəngin iqtisadi təcrübəsinin və yüksək texnologiyalarının ölkəmiz üçün maraqlı olduğunu bildirib. O, əlavə edib ki, ölkəmiz Almaniyanın rəqəmsallaşdırma, yüksək texnologiyalar və innovasiya sahələrindəki təcrübəsinin öyrənilməsi, eləcə də bu ölkədən elm, innovasiya və texnologiya tutumlu məhsulların idxal edilməsinə həvəslə yanaşır.

Səfir diqqətə çatdırır ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda sərmayələr üçün əlverişli mühit və alman şirkətlərinin investisiyaları üçün çoxlu imkanlar vardır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində çoxlu regional layihələrin Azərbaycan ərazisindən keçdiyini nəzərə alaraq alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün böyük potensial mövcuddur. Son dövrlərdə Azərbaycanda rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxlu işlər görülmüş və bu xüsusda, alman təcrübəsi Azərbaycan üçün mühümdür. Cari ilin ikinci yarısında İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumlarının keçirilməsi, həmin tədbirlərdə Azərbaycanın nəqliyyat və rəqəmsallaşdırma sahəsindəki imkanlarının nümayiş olunması nəzərdə tutulur ki, bu da şübhəsiz alman şirkətlərinin Azərbaycana maraq göstərmələri, eləcə də iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin yaradılması üçün yeni imkanlar açacaqdır.

Müsahibə aşağıdakı xəbər saytlarında dərc olunub:(Azertac)

http://inside-wirtschaft.de/2017/06/12/aserbaidschan-verkuerzt-den-weg-zwischen-china-und-europa/

https://www.wallstreet-online.de/video/9660926-aserbaidschan-verkuerzt-china-europa




Baxış sayı: 1 944
Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı Dünən, 19:30 “Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir” - Hərbi attaşe Dünən, 19:00 XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub Dünən, 18:00 Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib Dünən, 17:00 Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI Dünən, 17:00 Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur Dünən, 10:30 “Kür” sənədli filmi beynəlxalq layihədə qalib olub Dünən, 10:30 Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb Dünən, 09:00 Əfsanəvi geoloq Fərman Salmanovun 95 illiyi qeyd olunub Dünən, 08:00 Zelenski Trampla görüşünün bəzi detallarını açıqlayıb 28-07-2026, 20:00 Kreml: Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub 28-07-2026, 19:30 Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces 28-07-2026, 17:00 Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb 28-07-2026, 16:30 Erməni vandalizmi ilə bağlı növbəti tədbir keçirilib 28-07-2026, 14:30 Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir 28-07-2026, 14:30 XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır 28-07-2026, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk 28-07-2026, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar 28-07-2026, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb 28-07-2026, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb 27-07-2026, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib 27-07-2026, 17:00 Azerbaijan’s Media Development Agency issues statement 27-07-2026, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub 27-07-2026, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb 27-07-2026, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb 27-07-2026, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO 27-07-2026, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib 27-07-2026, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək 27-07-2026, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır 27-07-2026, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031