FACT-INFO.AZ » AKTUAL » “Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər”
20-08-2026, 15:00 | AKTUAL
“Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər”

" Naxcıvanda, Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsul- idarəsi yaratmaqla faktiki olaraq biz bu üc bölgəni inzibati nöqteyi-nəzərdən də birləşdiririk. Təbii ki, Naxcıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxcıvan görüşündəki müsahibəsindən


Sosial, iqtisadi, əlaqələrin milli xüsusiyyətləri xalqların tarixinə, sosial və mədəni şəraitinə uyğun formalaşır və inkişaf edir. Bu xüsusiyyətləri İqtisad üzrə fəlsəfə doktoru Ramal İrşad oğlu Kərimovun qələmə aldığı "Milli iqtisadi inkişaf: Yeni hərəkətverici qüvvəər" monoqrafiyasında mövcud şəraitə və iqtisadi siyasətə uyğun olaraq təqdim etməyi bacarıb. Monoqrafiyada iqtisadi əlaqələrin milli xüsusiyyətləri heç də həmin əlaqələrin təcridliyini göstərmir, özünəqapanmağa doğru aparmır. Əksinə, milliləşmə ilə inteqrasiyalaşmanın qarşılıqlı əlaqələnməsinə və bununla da milli iqtisadi inkişafın formalaşmasının zəruri keyfiyyət tərəfi kimi özünü göstərir. Ölkədə iqtisadi inkişafın etnik-mental milli cəhətləri ilə beynəlmilli cəhətlər birgə, vəhdətdə baxılır. Bu istiqamət yeni hərəkətverici qüvvələr olan rəqəmsallaşma, rəqəmsal transformasiya,süni intelekt və sair başqaları ücün vacib hal sayıla bilər.

Belə tələb milli iqtisadiyyatın bütün sektorlarında qarşıya qoyulan məqsədlə ona çatmaq vasitələri arasında uyğunluğu yaratmaq üçün bazar subyektlərinin fərdi və kooperativ maraqlarının oxşar sistemini yaratmağı qarşıya qoyur. Daha vacibi isə iqtisadi davranışın və sosiallaşmanın ənənəvi-mütərəqqi formalarını özü üçün seçən Azərbaycan, sosial məzmunlu milli iqtisadiyyatı formalaşdırmaq istiqamətini əsas götürür.

Azərbaycanda milli iqtisadiyyatın mövcud vəziyyətinin təhlili və əldə olunan nəticələr əsasında ölkənin perspektiv dövr üçün beynəlxalq iqtisadiyyata daha fəal qovuşması və orada güclü mövqe tutmasının bütün potensial imkanların olduğu monoqrafiyda araşdırılır. Milli istehsal məkanının, "Made in Azerbaijan" brendinin genişlənməsi ilə açıq iqtisadiyyata, çoxtərəfli iqtisadi əməkdaşlığa və inteqrasiyalaş­mağa doğru inamlı addım atmağın, milli iqtisadiyyatımızın gələcək mənzərəsini indidən görməyin yolları aşkara çıxarılır.

Kitabda Azərbaycan üçün xarakterik olan milli xüsusiyyətli bazar mexanizminin, onun aparıcı elementlərinin çevik işləməsinin bütün reallığı ölkənin makroiqtisadi göstəricilərində necə əks etdirməsi araşdırılır. Eyni zamanda iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə təcridləşmiş iqtisadi artımı deyil, yalnız dayanıqlı iqtisadi artımın davamlı olmasının, bütünlükdə makroiqtisadi inkişaf məqsədinə çatmağın balanslaşmış yolunun yalnız ənənəvi bazarlarda deyil daha çox yeni bazarlarda axtarılması imkanları aşkara çıxarılır.

Monoqrafiyada milli iqtisadi inkişafın ümumi cəhətləri ilə yanaşı, onun milli dəyərlərə və sosial-iqtisadi şəraitindən irəli gələn xüsusiyyətlərə malik olmasının obyektiv zərurət olduğunu elmi cəhətdən əsaslandırılmışdır. Beləki, milli iqtisadiyyata milli təsərrüfatların təkamülü müstəvisində baxılaraq milli iqtisadi inkişafa iqtisadiyyatın ayrı-ayrı sahələrindəki artımla deyil, yalnız bütün sahələrdə uyğunlaşdırılmış birgə artımla nail olmağın yolları göstərilmişdir.

Göstərilən yollarla irəlilədikcə aydın olur ki, milli xüsusiyyətli bazar mexanizmi iqtisadi əlaqələrin xarici təzahür forması kimi deyil, milli iqtisadiyyatın tarixən özünün formalaşdırdığı daxili amillər qismində özünü göstərir. Eyni zamanda aydın olurki, bazar mexanizminin formalaşdırdığı milli xüsusiyyətlər və onların beynəlxalq əmək bölgüsü sisteminə daha çox uyğunlaşması özlüyündə Azərbaycan iqtisadiyyatının sosial meylinin səmərəli formasını da yaradır. Beləki, milli firmalar, şirkətlər və hətta dövlət də daxil olmaqla iqtisadi subyektlərin fəaliyyətinin səmərəli qarşılıqlı əlaqələnməsini ifadə edən milli xüsusiyyətli bazar mexanizmi formalaşır. Tədqiqatın belə yeni yanaşma ilə aparılması milli iqtisadi inkişaf meyarlarının düzgün seçilməsinə və bununla da milli iqtisadiyyatda bazar mexanizminin fəal işləməsi şəraitinin yaradılmasına kömək edir.

Milli iqtisadi inkişafın hərəkətverici qüvvələrinin aşkara çıxarılmasında əsas diqqət iqtisadi fəaliyyətin əsasında dayanan real və maliyyə sektorlarınn birliyini təmin edən iqtisadi milliləşmənin məzmunca aydınlaşdırılmasına verilir. Belə əsaslı tədqiqat üsulu ilə monoqrafiyada milli iqtisadiyyatın bütövlüyünün və tamlığının təminatı probleminin həlli ilə əlaqədar bazar mexanizmində tələblə təklifin uyğunluğundan, rəqabət mühütinin formalaşmasından, qiymətin əmələ gəlməsindən səmərəli istifadə kimi başlıca elementlərin birgə, sistemli işləməsinə nail olmağa milli iqtisadi inkişaf amillərinin təsirinin konkret yolları göstərilir.

Bununla milli iqtisadi inkişaf amillərinin (xüsusən, innovasiya, innovasiyalı investisiya, rəqənsal transformasiya və sair) qarşılıqlı təsirinin tədqiq olunmasına əsaslanaraq iqtisadiyyatın milli xüsusiyyətlərinin daha da genişləndirilməsinin potensial imkanları aşkara çıxarıl­mışdır. Qeyd edilən potensialın milli iqtisadi inkişafın funksional istiqamətindən və istehsalçıların fərdi maraqlarının və motivlərinin ümumiliyindən irəli gəlməsi imkanlarından asılı olması əsaslandırılmışdır.

İ.ƏLİYEV




Baxış sayı: 170
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30