FACT-INFO.AZ » CƏMİYYƏT » Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq”
20-08-2026, 11:00 | CƏMİYYƏT
Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq”

Vaşinqtonda Corc Vaşinqton Universitetində “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” mövzusunda konfrans keçirilib. Tədbir ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsi (ANA) tərəfindən təşkil olunub.

Tədbirin açılışında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Komitə sədri xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, Azərbaycan dilinin və milli kimliyin qorunmasına yönəlmiş layihələr, Azərbaycan evlərinin fəaliyyəti, diaspor təşkilatları və gənclər üçün təşkil olunan yay düşərgələri barədə məlumat verib.

Fuad Muradov akademik dairələrin Azərbaycan haqqında etibarlı və obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, xaricdə fəaliyyət göstərən azərbaycanlı alim və mütəxəssislərin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini qeyd edib, həmçinin Corc Vaşinqton Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova açılışda çıxış edərək ölkələr arasında əlaqələrin müxtəlif aspektlərinin akademik dairələrdə müzakirəsinin əhəmiyyətindən danışıb.

Daha sonra keçirilən panel müzakirəsində Fuad Muradov, Corc Vaşinqton Universitetinin professoru Can Korman, Təhsil və İnsan İnkişafı Məktəbinin dekan əvəzi Lionel Hovard, qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova, Corc Meyson Universitetinin siyasi elmlər üzrə tədqiqatçısı Əli Məmmədov və idman menecmenti üzrə mütəxəssis Mett Vinkler çıxış ediblər.

Paneldə Azərbaycanla ABŞ arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında uzunmüddətli tərəfdaşlıqların qurulması, birgə təhsil və tədqiqat proqramlarının inkişafı, insan kapitalına investisiya və bilik mübadiləsi məsələləri müzakirə olunub.

Çıxışçılar uğurlu beynəlxalq akademik əməkdaşlığın qarşılıqlı maraqlara və konkret nəticələrə əsaslanmasının vacibliyini vurğulayıblar. Azərbaycan universitetləri ilə ABŞ ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq nümunələrinə, o cümlədən ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında kompüter elmləri, data analitikası, elektrik və kompüter mühəndisliyi sahələrində həyata keçirilən proqramlara toxunulub. Azərbaycanın təhsil, elm və texnologiyanın inkişafına, xüsusilə insan kapitalının gücləndirilməsinə verdiyi önəm qeyd edilib.

Müzakirələrdə, həmçinin akademik və şəxsi əlaqələrin uzunmüddətli institusional tərəfdaşlıqların yaranmasındakı rolu, müxtəlif ölkələrin təhsil və tədqiqat təcrübələrinin bölüşdürülməsinin əhəmiyyəti, eləcə də akademik diplomatiyanın ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Panel müzakirəsinin sonunda sual-cavab sessiyası keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.




Baxış sayı: 80
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30