FACT-INFO.AZ » QHT » Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər
19-08-2026, 16:30 | QHT
Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Geomaqnit qasırğalarının insan orqanizminə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Başağrısı, halsızlıq və yuxu pozuntusu kimi şikayətlər geomaqnit aktivliklə əlaqələndirilə bilər. Lakin bu əlaqə bütün insanlarda eyni dərəcədə özünü göstərmir və tam şəkildə sübut olunmuş hesab edilmir.

Bu fikirləriMərkəzi Neftçilər Xəstəxanasının nevroloqu Nigar Heydərova səsləndirib.

O bildirib ki, geomaqnit aktivlik bəzi insanlarda, xüsusilə miqrenə və yuxu pozuntusuna meyilli şəxslərdə, mövcud simptomları gücləndirə bilən amil ola bilər. Belə dövrlərdə başda ağırlıq hissi, yorğunluq, halsızlıq, enerji azalması, yuxuya getməkdə çətinlik, yuxu keyfiyyətinin pisləşməsi, əsəbilik və diqqətin azalması müşahidə oluna bilər.

Nevroloq qeyd edib ki, xüsusilə miqrenə meyilli insanlarda baş ağrılarının artması, bəzi şəxslərdə isə yorğunluq, diqqətin azalması və “enerjisizlik” hissinin yaranması mümkündür. Bununla belə, bu simptomların məhz geomaqnit qasırğasından qaynaqlandığını düşünərək digər sağlamlıq problemlərini nəzərdən qaçırmaq olmaz.

Mütəxəssis vurğulayır ki, qəfil başlayan və çox güclü başağrısı, üzdə əyilmə, qol və ya ayaqda qəfil zəiflik və keylik, nitqin pozulması, qəfil görmə itkisi, huşun itməsi, ciddi çaşqınlıq və ya qıcolma kimi əlamətlər geomaqnit qasırğası ilə izah edilməməlidir. Bu hallarda, xüsusilə insult riski olan şəxslərdə, vaxt itirmədən tibbi yardım göstərilməlidir. Güclü sinə ağrısı, ciddi nəfəs darlığı, davamlı qusma ilə müşayiət olunan şiddətli başağrısı, qəfil tarazlıq və yeriş pozuntusu da ciddi qəbul edilməlidir.

O qeyd edib ki, geomaqnit aktivlik dövründə əksər insanlar üçün xüsusi dərman və ya ciddi məhdudiyyət tələb olunmur: “Sağlam və nizamlı həyat rejiminin qorunması, kifayət qədər yuxu və ümumi sağlamlığa diqqət yetirilməsi əsas tövsiyələrdəndir.

Beləliklə, geomaqnit qasırğası bəzi insanlarda müəyyən narahatlıqları gücləndirə bilsə də, hər başağrısını və halsızlığı bununla əlaqələndirmək düzgün deyil. Xüsusilə yeni və kəskin simptomların yaranması zamanı onların əsl səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir”,-deyə o qeyd edib. (Azərtac)




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30