Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb.
Qırğızıstan xəbər agentlikləri, televiziya kanalları, qəzetlər və onlayn nəşrlər Azərbaycan dövlətinin liderinin gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən danışıqlar, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər.
Media Prezident İlham Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlı bəyanatına, Qırğızıstanın sosial-iqtisadi uğurlarını yüksək qiymətləndirməsinə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi və geoiqtisadi bölgəyə çevrilməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirib.
Qırğız mətbuatı hələ dövlət səfərindən əvvəl bu barədə məlumatlar verməyə başlamışdı.
“Veçerniy Bişkek” qəzeti bildirib ki, səfər proqramında dövlət başçıları arasında təkbətək danışıqlar və Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.
“Kabar” xəbər agentliyi, dövlətə məxsus “Erkin-Too” qəzeti, “UTRK”, “ELTR” televiziya kanalı, eləcə də “Kaktus.media”, “24.kg”, “Super.kg” və “IM.kg” saytları Prezident İlham Əliyevin iyulun 30-da “İssık-Kul” Beynəlxalq Hava Limanına gəlişi barədə məlumat yayıblar.
Baxış sayı: 160
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
