Türkiyə BMT sülhməramlı qüvvələrinin bu ölkədən çıxarılmasından sonra Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Livan Ankaranın Yaxın Şərqdə yaratmağa çalışdığı sülh, sabitlik və əməkdaşlıq atmosferindən ən çox faydalanacaq dövlətlər sırasındadır.
Fact-info.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə birgə mətbuat konfransında deyib.
Türkiyə dövlətinin başçısı Ankaranın Beyruta bütün mümkün humanitar və texniki yardımı göstərməyə davam edəcəyini və Livan Silahlı Qüvvələrinin gücləndirilməsinə dair atılan addımları dəstəkləyəcəyini vurğulayıb.
O, regionda son eskalasiya mərhələsində 4300-dən çox livanlının öldürüldüyünü xatırladıb: “Gərginliyin başlanğıcından bəri Ankara Livanda zorakılıq aktlarına ən sərt reaksiya verən ölkələrdən biri olub”.
Türkiyə Prezidenti əlavə edib ki, Livan ilə Suriya arasında inkişaf edən dialoqun dərinləşdirilməsi hər iki ölkənin xalqlarına fayda verəcək.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
