Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsinə 1 iyul tarixindən başlayıb.
Fact-info.az xəbər verir ki, layihə çərçivəsində Qərbi Azərbaycanla bağlı tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.
Layihə çərçivəsində SƏS TV-də 29 iyul tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhrəmov, Vətəndaş Cəmiyyətinin təmsilçisi, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, rejissor isə Murad Adiloğlu idi.
Qərbi Azərbaycanın təcavüzə məruz qalan tarixi abidələri, dağıdılmış mədəni sərvətlərimiz. ermənilərin bu ərazilərə köçürülməsi faktı və digər məqamlara veriliş zamanı aydınlıq gətirildi.
Tanınmış tarixçi alim Cəbi Bəhrəmov bu və digər məqamlarla bağlı tutarlı faktlar ortalığa qoydu. Nailə İsmayılova bu istiqamətdə Vətəndaş Cəmiyyətinin görəcəyi işlərdən danışdı.
Qeyd edilib ki, veriliş montaj olunduqdan sonra geniş auditoriyaya təqdim olunacaq.
Baxış sayı: 315
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

