ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarını sərtləşdirməyi nəzərdə tutan qanun layihəsi ABŞ Senatında ikinci prosedur səsverməsindən də keçib.
Fact-info.az xarici mediaya istinadən xəbər verir ki, layihənin lehinə 84, əleyhinə 12 senator səs verib. Bu nəticələr göstərir ki, qanun layihəsi yekun səsverməyə təqdim olunacaq.
Qanun layihəsi üzrə ilk prosedur səsverməsi 28 iyulda baş tutub. Həmin vaxt 86 senator lehinə, 12-si isə əleyhinə səs vermişdi.
Senat Respublikaçıları həftənin sonuna qədər qanun layihəsi üzrə yekun səsverməyə keçməyi gözləyirlər. Qanun layihəsinin əsas təşəbbüskarı senator Lindsi Qrem olub.
Amerika media orqanları qeyd edir ki, senatorlar qanun layihəsinin təsdiqini 10 avqustda başlayacaq yay tətilindən əvvəl başa çatdırmağı planlaşdırıblar.
Qanun layihəsi daha sonra hazırda tətildə olan və sentyabr ayında işini bərpa edəcək Nümayəndələr Palatasına təqdim olunacaq.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar qanun layihəsinə İranın ticarət tərəfdaşlarına tarif tətbiq etmək variantını əlavə etməyi təklif etmişdi.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
