FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir” - Hərbi attaşe
29-07-2026, 19:00 | SİYASƏT
“Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir” - Hərbi attaşe

“Çin və Azərbaycan arasında qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan tərəfdaşlıq uğurla inkişaf edir”.

Bu barədə  Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hərbi mübadilə və əməkdaşlıq isə ikitərəfli münasibətlərin mühüm tərkib hissəsini təşkil edir.

“Çin Xalq Azadlıq Ordusu ölkə tarixinin taleyüklü dövründə formalaşıb və ötən illər ərzində Çinin müstəqilliyinin möhkəmləndirilməsinə, milli inkişafına və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verib. Bu gün Çin Xalq Azadlıq Ordusu modernləşmənin yeni mərhələsinə qədəm qoyub və əsas missiyası ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhün möhkəmləndirilməsinə töhfə verməkdir”, - o bildirib.

Sun Çjun qeyd edib ki, son illərdə Çin ordusu dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlığı genişləndirib, BMT-nin sülhməramlı əməliyyatlarında, dəniz quldurluğuna qarşı beynəlxalq missiyalarda, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edib.

Bu fəaliyyət Çinin digər ölkələrlə birlikdə ümumi təhlükəsizlik çağırışlarının həllinə töhfə vermək əzmini nümayiş etdirir.

Hərbi attaşe vurğulayıb ki, Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq yüksəksəviyyəli qarşılıqlı səfərlər, peşəkar dialoq, hərbi kadrların hazırlanması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq vasitəsilə ardıcıl şəkildə inkişaf edir:

“Bu mübadilə qarşılıqlı anlaşmanı daha da möhkəmləndirib və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradıb. Azərbaycanın regional bağlantının və beynəlxalq əməkdaşlığın təşviqində oynadığı rolu yüksək qiymətləndirirəm. Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm ölkə kimi Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir. Biz əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və dünyada sülhə və rifaha yeni töhfələr vermək üçün Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyirik”.

O vurğulayıb ki, gələn il Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 100 illiyi qeyd olunacaq və Çin bundan sonra da bütün ölkələrlə sülh, qarşılıqlı hörmət və ümumi inkişaf prinsipləri əsasında əməkdaşlığı davam etdirəcək.




Baxış sayı: 105
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30