Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev arasında görüş keçirilib.
Fact-info.az Türk Akademiyasına istinadla xəbər verir ki, görüş zamanı A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin həyata keçirdiyi elmi-praktik tədbirlərdən danışıb.
Ş.Mustafayev öz növbəsində Türk Akademiyasının əsas fəaliyyət istiqamətlərini təqdim edib, həyata keçirilən beynəlxalq elmi layihələrdən danışıb, həmçinin təşkilatın nəşriyyat fəaliyyətinin əsas nəticələri barədə məlumat verib.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər və türk xalqlarının ortaq tarixi və mədəni irsinin qorunması, təşviqinə yönəlmiş birgə elmi, mədəni layihələrin, tədbirlərin həyata keçirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Ş.Mustafayev A.Paşazadəyə Türk Akademiyası tərəfindən hazırlanmış və nəşr edilmiş, Qaraxanilər dövrünə aid olan Quranın türk dilinə ən qədim tərcümələrindən biri olan “İlk Qaraxani Quranı”nın bir nüsxəsini hədiyyə edib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
