İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Dirk Lölke ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticari əlaqələr, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişafının və qarşılıqlı yüksəksəviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin bu gün də münasibətlərin inkişafı üçün mühüm təməl rolunu oynadığını qeyd edərək, qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mövcud potensialı müzakirə ediblər.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan səylər barədə məlumat verib.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
