FACT-INFO.AZ » CƏMİYYƏT » Kürdəmir döyüşləri – Azərbaycan-Türkiyə qardaşlığının şanlı zəfəri
11-07-2026, 11:30 | CƏMİYYƏT
Kürdəmir döyüşləri – Azərbaycan-Türkiyə qardaşlığının şanlı zəfəri

1918-ci ilin iyul ayında Azərbaycan tarixinin taleyüklü hadisələrindən biri olan Kürdəmir döyüşləri xalqımızın istiqlal mübarizəsinin ən parlaq səhifələrindən birini təşkil edir. 5–10 iyul 1918-ci il tarixlərində Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi birləşmələrinin bolşevik-daşnak qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Kürdəmir qəsəbəsi işğaldan azad edildi. Bu qələbə sonrakı hərbi əməliyyatların, xüsusilə də Bakının azad olunmasının mühüm mərhələlərindən biri oldu.

Döyüşlərdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərlik etdiyi Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru, toplu süvari alayı və sonradan cəbhəyə göndərilən əlavə qüvvələr böyük qəhrəmanlıq göstərdilər. Qarşı tərəfdə isə Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunları, Qırmızı Ordunun hissələri, Biçeraxovun dəstəsi və əsasən daşnak-erməni silahlı birləşmələri döyüşürdü.

İyulun ilk günlərində düşmənin say üstünlüyü və əlverişli mövqeləri Türk-Azərbaycan qoşunlarının irəliləməsini çətinləşdirirdi. Lakin vəziyyəti dəyişmək məqsədilə 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı döyüş bölgəsinə göndərildi. Ağdaş, Xaldan və Qazaxdan gələn Azərbaycan könüllüləri də cəbhəyə qoşularaq ordunun gücünü artırdılar.

İyulun 8-də gedən ağır döyüşlərdə düşmən güclü müqavimət göstərsə də, Türk-Azərbaycan qoşunları geri çəkilmədi. İyulun 9–10-da hücumlar daha da genişləndirildi. Kərrar stansiyası istiqamətində göndərilən xüsusi dəstə düşmənin geri çəkilmə yollarını çətinləşdirdi. Bu əməliyyatdan sonra 13-cü piyada alayı uğurla hücuma keçdi, Həbib bəy Səlimovun Müsüslü dəstəsi isə düşmənin müdafiə xəttini yararaq həlledici üstünlük qazandı.

10 iyul 1918-ci ildə axşama doğru 13-cü piyada alayının sağ cinahı ilə Müsüslü dəstəsinin sol cinahı Kürdəmirin qərbində birləşdi. Bir neçə saat sonra qəsəbə bolşevik-daşnak qüvvələrindən tamamilə azad edildi. Bu qələbə hərbi təşəbbüsün tamamilə Türk-Azərbaycan qoşunlarının əlinə keçməsini təmin etdi və Bakının azad olunmasına aparan yolun açılmasında mühüm rol oynadı.

Bu gün Kürdəmir döyüşlərinin ildönümündə həmin tarixi zəfəri təmin edən Azərbaycan və türk əsgərlərinin qəhrəmanlığını dərin ehtiramla yad edirik. Onların göstərdiyi igidlik Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirən, milli yaddaşımızda əbədi yaşayacaq şərəfli tarixdir. Kürdəmir döyüşləri Vətən uğrunda birlik, fədakarlıq və qəhrəmanlığın parlaq nümunəsi olaraq gələcək nəsillərə örnək olmağa davam edəcək.

Tədqiqatçı Nuralı İsmayılov 




Baxış sayı: 170
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30