AZƏRTAC xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı da bu baxımdan olduqca əhəmiyyətlidir.
Filosof alimin bu kitabı milli mənlik şüurunun təşəkkülü məsələlərinə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmləndirilməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmiş milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən istifadə etmək bacarığına həsr olunub.
Kitabda müasir dövrdə - modernləşmə ideyasının postsənaye cəmiyyəti kontekstində zamanın tələbinə çevrildiyi bir vaxtda Azərbaycan dövlətinin qarşısında duran vəzifələr aydın göstərilib. Burada, həmçinin dövlətin müdafiəsinin mühüm vasitəsi, habelə cəmiyyətin inkişafının zəruri aləti olan milli identiklik məsələlərinə də toxunulub.
“XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” mövzularına həsr edilmiş iki hissəli əsərdə tarixi fəlsəfi aspektlər müasir dövrün tələbləri baxımından nəzərdə keçirilib. “Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir. Kitab tarixçi alimlər, müvafiq ali məktəblərin tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Baxış sayı: 2 230
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

