FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan hakimiyyətinin irqi ayrı-seçkilik məsələləri üzrə hesabatına dair
3-06-2017, 10:25 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan hakimiyyətinin irqi ayrı-seçkilik məsələləri üzrə hesabatına dair

Sessiya çərçivəsində 27 və 28 aprel tarixlərində "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsinə dair BMT Konvensiyası”nın Ermənistan tərəfindən yerinə yetirilməsi ilə bağlı bu ölkə tərəfindən Komitəyə təqdim edilmiş yeddinci-on birinci birgə dövri məruzə nəzərdən keçirilib.

27 aprel tarixində keçirilən ilkin təqdimatı zamanı Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan məruzənin xülasəsini təqdim edib. Komitənin internet səhifəsində yerləşdirilmiş məruzəyə (bax: http://tbinternet.ohchr.org/_layouts/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=1109&Lang=en) diqqət yetirsək, burada bir çox absurd fikirlərin ifadə edildiyinin şahidi olarıq. Məsələn: "Ermənistan, xüsusən Gürcüstan və İran nümunəsində, milli azlıqların öz ana vətənləri ilə əməkdaşlıqlarını təşviq edir. Lakin Azərbaycana gəldikdə isə bu ölkədə yaşayan milli azlıqlarla bilavasitə təmaslar 1988-ci ildən etibarən mümkün olmamışdır. Belə ki, məhz həmin ildən etibarən Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya və kütləvi hərbi tədbirlərə çevrilmişdir...”

Ermənistan hakimiyyətinin sərhəd tanımayan xəstə təxəyyülünün növbəti məhsulu...Onların iddiasından belə nəticəyə gəlmək olar ki, "Ermənistan ərazisində yaşamış azərbaycanlı milli azlıqların öz yaşayış yerlərini tərk etmələrinin və sonradan Ermənistana geri qayıda bilməmələrinin yeganə səbəbkarı Azərbaycandır. Ermənistan isə bu azərbaycanlı milli azlıqların hüquqlarını təmin etməyə hazırdır”. Maraqlıdır ki, Ermənistan hakimiyyəti uydurduğu yalanları artıq utanmadan rəsmi beynəlxalq sənədlərə də daxil edir və beynəlxalq ictimaiyyəti də bu yalanlara inandırmağa çalışır.

Hesabatda digər "maraqlı” məqamlar da var. Məsələn, ermənilərin Azərbaycanda kütləvi qırğınlara, təqiblərə məruz qalması, Ermənistanın adambaşına düşən qaçqınların sayına görə 2005-ci ilə kimi dünyada birinci yerdə olması, Azərbaycana aid olan 50-ə yaxın abidənin, əsasən məzarlıqların qorunub saxlanılması, Göy Məscidin fars arxitekturasına aid olması və s.

Ermənistan tərəfinin məruzəsindən sonra bir sıra Komitə üzvləri tərəfindən məruzəyə münasibət bildirilmiş, habelə Əlcəzair nümayəndəsi Əmir Nureddin mənfi hal olaraq irqi ayrı-seçkilik zəminində qaldırılmış cinayət işlərinin sayının az olmasına diqqəti çəkmişdir.

Ermənistan tərəfindən insan hüquqları sahəsində bir çox beynəlxalq sazişin ratifikasiya edilməməsi də daxil çoxsaylı tənqidi məqamlar səsləndirilmiş, eyni zamanda Pakistan və Mavriki nümayəndələri Ermənistan ərazisində hazırda nə qədər azərbaycanlının yaşadığını sorğu etmişlər.

Pakistan nümayəndəsi keçmiş səfir Ənvər Kamal ötən əsr ərzində Ermənistan ərazisində sayları yüz minlərlə olan azərbaycanlıların Ermənistanda 2011-ci ildə keçirilən əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə əsasən "0” (sıfır) olaraq qeyd edilməsinin səbəbləri ilə maraqlanmışdır. Bundan əlavə, Pakistan nümayəndəsi Ermənistan əhalisinin sürətlə azalmasının və ölkədə müsəlman mənşəli milli azlıqların mövcud olmasına baxmayaraq, rəsmi statistikaya əsasən ölkədə cəmi 812 müsəlman mənşəli əhalinin olmasının səbəblərini sorğu etmişdir. Çıxışın sonunda isə pakistanlı Komitə üzvü Ermənistana qonşu ölkələrlə xoş münasibətlər qurmağı arzulamış və Ermənistan əhalisinin gələcək rifahının da məhz bu münasibətlərin xarakterindən asılı olduğunu vurğulamışdır.

Mavriki nümayəndəsi isə çıxışında azərbaycanlılarla yanaşı Afrika mənşəli Ermənistan vətəndaşlarının da rəsmi statistikada mövcud olmamasını irqi ayrı-seçkilik nəticəsində baş verə biləcəyi ehtimalını qeyd etmiş və əhalisinin 98.3%-ni ermənilərin təşkil etdiyi Ermənistan cəmiyyətinin kifayət qədər homogen bir cəmiyyət olduğunu bildirmişdir. Bundan əlavə o, sığınacaq və qaçqın statusu verilən şəxslər barədə qərar alınarkən müsəlman və Afrika mənşəli şəxslərə münasibətdə mövcud olan ayrı-seçkilik halları ilə bağlı QHT-lər tərəfindən səsləndirilən iddialara Ermənistan tərəfinin münasibət bildirməsini tələb etmişdir.

Digər Komitə üzvləri daha çox erməni apostol kilsəsi ilə bağlı fənnin hansı səbəblərdən milli azlıqlara da məcburi qaydada tədris edildiyini sorğu etmişlər.

Müzakirələrin ilk günü qaldırılan məsələlərə növbəti gün reaksiya bildirən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamamasının səbəbləri ilə bağlı suala cavabında əhalinin siyahıya alınması zamanı sorğuda iştirak edən şəxslər tərəfindən etnik mənsubiyyətləri ilə bağlı hansı məlumat təqdim edilərsə onun əsas götürüldüyünü qeyd etmişdir. Bununla o, guya Ermənistan ərazisində azərbaycanlıların yaşadığının istisna edilmədiyini nəzərdə tutduğunu nümayiş etdirmişdir. Halbuki, Ermənistanda 1 azərbaycanlının belə yaşamadığı məlum faktdır. Digər tərəfdən, nazir müavini bu məqamda insanların hansı səbəbə, nədən çəkinərək öz milli kimliklərini gizlətdiklərinə aydınlıq gətirməmişdir.

Ermənistanda 812 müsəlmanın olması ilə bağlı statistik məlumatın bəlkə də düzgün olmadığını, ən azından kürdlərin əksəriyyətinin müsəlman olduğunu qeyd edən Ermənistan xarici işlər nazirinin müavini, bununla belə, hər halda həmin kürdlərin də siyahıyaalma zamanı özlərini müsəlman olaraq təqdim etmədiklərini diqqətə çatdırmışdır.

Qaçqınlar və siyasi sığınacaq alanların statistik tərkibi ilə bağlı suala cavabında Ermənistan nümayəndəsi Afrika mənşəli cəmi 3 vətəndaşa bu statusların verildiyini bildirmişdir.

Erməni apostol kilsəsi ilə bağlı fənnin məcburi tədrisinə münasibət bildirərkən isə Ermənistan nümayəndə heyəti kilsənin hələ dövlətin mövcud olmadığı vaxtlarda ermənilərin həyatında oynadığı vacib rolu nəzərə alaraq həmin fənnin din yox, tarix fənni olaraq tədris edildiyini qeyd etmişdir.

Aşot Hovakimyan Suriyadan məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş Suriya erməniləri ilə bağlı faktlara, Ermənistan hökumətinin bu siyasətinin beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud pozuntusu olması ilə yanaşı, bütün insan hüquqları prinsiplərinə də zidd olduğuna münasibət bildirməmişdir. Aydındır ki, qaynar münaqişə ocağından daha təhlükəsiz həyat yaşamaq üçün qaçan şəxslərin başqa bir qaynar münaqişə ərazisində yerləşdirilməsinin Ermənistanın öz siyasi ambisiyaları üçün insanların həyatını heçə saydığını sübut edir.

Ermənistanın məruzəsi ilə əlaqədar tərtib olunan yekun tövsiyələrə nəzər saldıqda kifayət qədər çox sayda tənqidi məqamların əks olunduğu nəzərə çarpır.

Belə ki, tövsiyələrin "Narahatlıqlar və tövsiyələr” adlı hissəsində 10 narahatlıq və 19 tövsiyə əksini tapmışdır ki, bunlar həm qanunvericilik sahəsində boşluqları, həm də praktiki sahədə mövcud problemləri əhatə edir.

Sənədin 17-ci bəndində Suriyadan gələn qaçqınlara müvafiq status verilməsində tətbiq olunan irqi, dini və etnik ayrı-seçkilik hallarından (yalnız erməni mənşəli suriyalıların qəbul edilməsi) narahatlıq ifadə olunur.

Yekun tövsiyələrdə diqqət çəkən digər məqam isə Afrika mənşəli şəxslərə münasibətdə müşahidə olunan irqi ayrı-seçkilik halları ilə bağlı narahatlıqdan qaynaqlanan 27-ci tövsiyədir ki, orada da BMT Baş Assambleyasının 68/237 saylı və 69/16 saylı qətnamələrinə istinadən 2015-2024-cü illər arası dövrün BMT tərəfindən "Afrika mənşəli insanların beynəlxalq onilliyi” elan edildiyi və bu çərçivədə Ermənistan tərəfindən görülən işlərə dair məlumatın növbəti milli hesabata daxil edilməsinin tələb olunduğu qeyd edilir. Həm bir sıra ölkələrin, o cümlədən Ermənistanın vətəndaş cəmiyyəti təşkilatları, həm də komitə üzvləri Ermənistanda Afrika mənşəli insanlara qarşı kifayət qədər ayrı-seçkilik olduğu qənaətindədirlər.

Göründüyü kimi hər dəfə Ermənistanla bağlı tövsiyələrin mətni tənqidi ruhda formalaşdırılsa da, bu ölkə öz işğalçı və ayrı-seçkilik siyasətindən əl çəkmir. Bu ölkədə irqi və ya digər ayrı-seçkiliyin tamamilə aradan qaldırılması yalnız Ermənistan hakimiyyətinin bütövlükdə ləğv olunması halında mümkündür.
Newtimes.az

 

 




Baxış sayı: 1 824
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930