Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın qərarı ilə təsdiqlənmiş tədbirlər planının icrasına başlanılıb.
Tədbirlər planına uyğun olaraq, bu elm müəssisəsində “Azərbaycan Xalq Cümhuriyyəti–Osmanlı münasibətlərinin öyrənilməsində Osmanlı mənbələrinin rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib. Dissertasiya işinin müəllifi Rəşad Qasımov, elmi rəhbər tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Dissertasiya işində tarixşünaslıqda ilk dəfə Osmanlı arxiv sənədləri və materialları mənbəşünaslıq təhlilinə cəlb olunub.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, ulu öndər Heydər Əliyev bu elm müəssisəsinə AXC haqqında bircildlik ensiklopediya lüğəti buraxmağı tövsiyə edib. Tarix İnstitutu isə 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Hazırda həmin ensiklopediyanın yeni nəşri çapdan çıxıb. Ensiklopediya AXC-nin tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.
Dissertasiya tədqiqatında ensiklopediya barəsində bu sözlər yazılıb: “Azərbaycan tarixinin 1918-1920-ci illər dövründə baş vermiş hadisə və proseslərə obyektiv qiymət verilməsi baxımından ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası xüsusi əhəmiyyətə malikdir”.
Tarix İnstitutunda “Azərbaycan XI-XIV əsrlərdə (“İranın Kembric tarixi” əsasında)” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Sevda Abdullayeva, elmi rəhbər AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.
Qeyd edək ki, son illərdə xarici ölkələrdə Azərbaycan tarixi ilə bağlı yazılmış əsərlər xüsusi dissertasiya mövzuları kimi tədqiq olunur.
Baxış sayı: 1 788
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

