Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilərarası intellektual bilik yarışı keçirilib. Bilik yarışında Qarabağ regional təhsil idarəsi üzrə yeddi rayon və şəhərdən olan komandalar iştirak edib.
Yarışdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ regional təhsil idarəsinin müdiri Sənan Mənsimli belə tədbirlərin şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Yarışda sualların müxtəlif istiqamətdə olması iştirakçıların təkcə biliyini deyil, məntiqi təfəkkürünü və yaradıcı yanaşma bacarıqlarını üzə çıxarıb. Gərgin intellektual mübarizə şəraitində keçən yarışda birinci yerə layiq görülən Ağcabədi rayonu üzrə komanda kubok və diplomla təltif olunub. İkinci və üçüncü yeri tutan Xankəndi şəhəri və Ağdam rayonu üzrə komandalar diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, intellektual bilik yarışının keçirilməsində əsas məqsəd, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif rayonlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
