FACT-INFO.AZ » AKTUAL » Azərbaycan mürəkkəb beynəlxalq mühitdə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir
17-04-2026, 11:00 | AKTUAL
Azərbaycan mürəkkəb beynəlxalq mühitdə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir

Hazırda dünya miqyasında beynəlxalq münasibətlər sistemi ciddi sarsıntılarla üz-üzədir. Mövcud institutlar, dəyərlər və prinsiplər əvvəlki kimi effektiv işləmir, xüsusilə münaqişələrin dinc yolla həlli mexanizmlərində nəzərəçarpan geriləmə müşahidə olunur.

 Fact-info.az xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Nizami Cəfərsoy bildirib. Onun sözlərinə görə, bir çox hallarda dövlətlər problemlərin həllində hərbi vasitələrə üstünlük verir.

"Azərbaycanın yerləşdiyi regionda da mürəkkəb vəziyyət hökm sürür. Şimalda Rusiya-Ukrayna müharibəsi davam edir, Şərq istiqamətində Əfqanıstan–Pakistan xətti üzrə uzunmüddətli qarşıdurma regional sabitliyə təsir göstərir. Cənubda isə birbaşa qonşuluğumuzda baş verən ABŞ-İran gərginliyi ciddi geosiyasi risklər yaradır. Bundan əlavə, Qəzza və Suriya kimi digər bölgələrdə vəziyyətin tam stabilləşməməsi ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir”, - deyə o vurğulayıb.

Politoloqun fikrincə, belə mürəkkəb və riskli beynəlxalq mühitdə Azərbaycanın əsas məqsədi regional müharibələrdən kənarda qalmaq, təhlükələri minimuma endirmək və balanslı siyasət aparmaqdır. “Ölkəmiz Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bir sıra qlobal qarşıdurmalarla bağlı məsələlərdə müxtəlif tərəflərin təzyiqlərinə baxmayaraq, milli maraqlara əsaslanan balanslı və beynəlxalq hüquqa uyğun mövqeyini qoruyub saxlayıb. Qəzza məsələsində də Azərbaycan ədalətli yanaşmasını, iki dövlət prinsipi əsasında mövqeyini bəyan edib və bunu həyata keçirərkən regional münasibətlərdə tarazlığı təmin etməyə çalışıb”, – deyə o qeyd edib.

N.Cəfərsoy vurğulayıb ki, ABŞ-İran gərginliyi həm iqtisadi, həm hərbi, həm də humanitar baxımdan ciddi çağırışlar yaradır. Onun sözlərinə görə, Azərbaycan ilə İran arasında mövcud tarixi, mədəni və insani bağlar bu məsələnin daha həssas olmasına səbəb olur. Buna baxmayaraq, Azərbaycan münaqişəyə cəlb olunmamaqla yanaşı, humanitar sahədə fəal mövqe nümayiş etdirir.

Ekspert qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi bu siyasət ölkənin milli təhlükəsizliyinin təmin olunmasına, müharibələrin fəsadlarından uzaq dayanmasına və eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Azərbaycanın göstərdiyi humanitar və logistika dəstəyi dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Politoloq əlavə edib ki, bu proseslər fonunda Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha mesaj verir ki, ölkəmiz ədalətə, beynəlxalq hüquqa, dialoqa və konstruktiv həll yollarına sadiqdir. Azərbaycan qarşıdurma yaşayan dövlətlərin dialoq aparmaq üçün etibar etdiyi nadir ölkələrdən biri kimi çıxış edir. ABŞ-nin yüksəkrütbəli rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan Prezidenti həm İsrail, həm Türkiyə, həm də regionda müxtəlif maraqları olan dövlət rəhbərləri ilə effektiv dialoq qura bilən nadir liderlərdəndir.




Baxış sayı: 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30