FACT-INFO.AZ » SİYASƏT » Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub
15-04-2026, 09:00 | SİYASƏT
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə həmrəyliyin, birlik və Azərbaycanın beynəlxalq aləmdə düzgün təqdim olunmasının önəmi vurğulanıb.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva diasporun bir araya gəlməsinin əhəmiyyətini qeyd edərək, bu görüşün birlik və həmrəyliyin, eləcə də Vətənə bağlılığın göstəricisi olduğunu bildirib. O, Fransa ilə Azərbaycan arasında son illərdə yaşanan çətinliklərə toxunaraq, diasporun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və bu şəraitdə ölkəmizin düzgün təqdim edilməsinin vacibliyini qeyd edib.

Səfir, həmçinin Fransadakı Azərbaycan diasporunun ictimaiyyətlə daha effektiv kommunikasiya qurmasının və yanlış məlumatlara qarşı daha aktiv fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov komitənin və Fransadakı diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib. Daha sonra komitənin 2025-ci ilin yekunlarına həsr olunmuş və Fransadakı diaspor fəaliyyətini əks etdirən video təqdim olunub.

Tədbirdə Azərbaycan diasporunun tarixi inkişafı və hazırkı fəaliyyəti müzakirə edilib, həmrəyliyin və qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Diasporun formalaşmasında mühüm rol oynamış Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər xatırlanıb. Son illərdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların sayının artdığı və diaspor fəaliyyətlərinin daha da genişləndiyi qeyd olunub.

Fransa üzrə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri, “Azərbaycan Evi” və gənclər-tələbə assosiasiyalarının diaspor fəaliyyətinə dəstək verdiyi bildirilib.

Görüşdə diaspor üzvlərinin mövcud şəraitdə əməkdaşlığının gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə təşviqinin artırılması məsələləri də müzakirə olunub.

Tədbir çərçivəsində politoloq Rəzmi Maşallah Neşatabad Azərbaycanın “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Daha sonra Mişel Jalların müəllifi olduğu, Ədilə Əliyevanın həyat və yaradıcılığından bəhs edən “Barmaqların ucundakı müqəddəs alov” kitabının təqdimatı keçirilib.

Pianoçu Ədilə Əliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və valideynləri ilə görüş keçirib.




Baxış sayı: 85
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30