FACT-INFO.AZ » XƏBƏR » İstanbuldakı silahlı insidentin terror təşkilatı tərəfindən törədildiyi məlum olub
7-04-2026, 19:00 | XƏBƏR
İstanbuldakı silahlı insidentin terror təşkilatı tərəfindən törədildiyi məlum olub

İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail baş konsulluğu ətrafında baş verən silahlı insidentin İŞİD terror təşkilatının üç üzvü tərəfindən törədildiyi müəyyən edilib.

Fact-info.az  xəbər verir ki, terrorçular baş konsulluğun yerləşdiyi binanın önünə gələrək polislə atışmaya giriblər. Terrorçulardan biri ölü, ikisi isə yaralı halda ələ keçirilib. Kəşfiyyat orqanları 3 terrorçu arasında çox sıx rəqəmsal əlaqənin olduğunu müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq geniş şəkildə davam edir. İndiyə qədər İstanbulun Etilər bölgəsində 2 şübhəli saxlanılıb. Şübhəlilərin hadisə yerində olduqları və əvvəlcədən kəşfiyyat apardıqları ehtimal olunur. Onların terrorçulardan birinin qohumu olduğu da qeyd edilir. Hücum edənlərin taktiki kamuflyaj geyimində olduqları və uzunlüləli silahlardan istifadə etdikləri bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib. Onların İzmit şəhərindən iki avtomobillə İstanbula gəldiklərini deyən nazir müəyyən edilən şəxslərdən birinin dini təşkilatla əlaqəsi olduğunu, ikisi qardaş olan terrorçulardan birinin isə narkotik maddələrlə bağlı qeydiyyatının müəyyən edildiyini deyib.

İstanbul valisi Davud Gül isə hadisəni təxribat xarakterli bir hərəkət kimi qiymətləndirib. Bölgədə iş yerlərinin olduğunu vurğulayan vali “arxa tərəfdə konsulluq var və təxminən 2,5 ildir fəaliyyət göstərmir. Heç bir diplomatik əməkdaş yoxdur. “Yapı Kredi” plazanın qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu öldürüldü, 2 hücumçu yaralı ələ keçirildi”, - deyə bildirib.

Qeyd edək ki, Türkiyə vaxtı ilə təxminən saat 12 radələrində başlayan qarşıdurma 10 dəqiqəyədək davam edib. Atışmada 2 polis əməkdaşı yaralanıb. Hücum İstanbulun həm nəqliyyat, həm də insan sıxlığının ən yüksək olduğu nöqtələrdən birində baş verib. (Azərtac)




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30