FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Gürcüstan yeni layihələrin reallaşdırılmasında maraqlıdır
7-04-2026, 11:30 | SİYASƏT
Azərbaycan və Gürcüstan yeni layihələrin reallaşdırılmasında maraqlıdır

   Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə uyğun müsbət dinamika ilə hərtərəfli inkişaf edir.Bu özünü ticari-iqtisadi əlaqələrin timsalında daha qabarıq göstərir. 2025-ci ildə Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsi müsbət dinamika götürməklə  881 milyon dollardan çox olub.Ümumi ticarət dövriyyəsinin 713 milyon dollara yaxını Azərbaycandan Gücüstana ixracın,169 milyon dollara yaxını isə idxalın payna düşür.Ötən il Gürcüstan Azərbaycanın xarici ticarət dövriyyəsində 10-cu,ixracımızda isə 7-ci yeri tutub. Azərbaycan isə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq 7-ci yerdə qərarlaşıb.Bununla belə ticarət əlaqələrini sürətləndirib,dövriyyəni milyard dolların üstünə qaldırmaqdan ötrü hər iki ölkənin yetərincə potensialı var.


Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. 2025-ci ildə isə Azərbaycan Gürcüstan iqtisadiyyatına 179,5 milyon dollar, Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 91,3 milyon  dollara yaxın birbaşa investisiya yatırıb.Qarşılıqlı sərmayə qoyuluşlarının da həcminin əhəmiyyətli dərəcədə artırılması hər iki dövlətin imkanları daxilindədir.
 

Azərbaycan Prezidentinin Gürcüstana  səfəri çərçivəsində həmin ölkənin Prezidenti və Baş naziri ilə görüşlər keçirilib.Görüşlər zamanı Azərbaycan-Gürcüstan əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.Həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələlər də müzakirə edilib.Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək dəyərləndirilib.İki ölkə arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Müzakirələrdə energetika,nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə,eləcə də təhlükəsizlik məsələlərinə xüsusi yer və önəm verilib.

Tərəflər bundan sonra da qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar,dostluq üzərində qurulmuş münasibətləri genişləndirilməyə,müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını və bu əsasda yeni layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib. Ən əsası isə dövlət başçıları əminliklərini ifadə ediblər ki,iki ölkə arasındakı strateji tərəfdaşlıq xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etdirilməkdə davam edəcək.


Əli Məsimli
Milli Məclisin deputatı




Baxış sayı: 125
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30