Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.
Yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.
“1tv.ge” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. “Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir”, - deyə sayt yazıb.
Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.
“Rustavi2.ge” portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.
Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən “Imedinews.ge” saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.
“Info9.ge” portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır. (Azərtac)
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
