Rusiyada neft hasilatının azalması qaçılmazdır. Çünki Ukraynanın bu ölkənin liman infrastrukturuna, boru kəmərlərinə və neft emalı zavodlarına zərbələri ixrac imkanlarını gündə 1 milyon barel və ya ümumi gücün beşdəbiri qədər azaldıb.
Fact-info.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin sənayedəki üç mənbəyi məlumat verib.
Rusiyada neft hasilatının azalması Yaxın Şərqdəki münaqişə səbəbindən görünməmiş təchizat fasilələri ilə üzləşən qlobal bazarlarda onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq.
Son bir ay ərzində Ukrayna Rusiyanın neft ixracı infrastrukturuna hücumları gücləndirib. Dörd ildən çox davam edən müharibənin ən böyük PUA hücumlarında Ukrayna Rusiya iqtisadiyyatını zəiflətməyə çalışaraq Baltik limanları Ust-Luqa və Primorskı hədəfə alıb.
“Hazırda Rusiyanın ümumi ixrac potensialı ən azı 20 faiz azalıb ki, bu da mart ayında 40 faizlik pik göstəricidən xeyli aşağıdır”, - deyə “Reuters” yazır.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
