Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb.
Bu barədə Fact-info.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub.
Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov, Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb.
Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı-sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.
Bununla yanaşı, virtual sərgidə dövri mətbuat materialları da geniş şəkildə təqdim olunur. “Xalq deyimləri Aşıq Ələsgər poeziyasının qaynağı kimi”, “Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı”, “Göyçə soyqırımı Aşıq Ələsgər yaradıcılığında”, “Aşıq Ələsgər fenomeninə günümüzün poetik baxışı” kimi məqalələrin tam mətni sərgidə yer alaraq oxucuların istifadəsinə verilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Baxış sayı: 210
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
