FACT-INFO.AZ » İQTİSADİYYAT » Süni intellekt ABŞ-da əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər
2-04-2026, 08:00 | İQTİSADİYYAT
Süni intellekt ABŞ-da əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər

Süni intellekt ABŞ-da ümumi əməkhaqqı fondu təxminən 1,2 trilyon dollar olan əmək bazarının 11,7 faizədək hissəsini əvəz edə bilər. Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ABŞ-ın Ok-Ric Milli Laboratoriyası (ORNL) ilə birgə hazırladıqları “Iceberg Index” modelləşdirmə platforması əsasında apardıqları təhlilin nəticələrinə əsasən bu qənaətə gəliblər.

“CNBC” telekanalı xəbər verir ki, tədqiqatda “Iceberg Index” platformasının ABŞ üzrə təxminən 151 milyon işçinin qarşılıqlı fəaliyyətini imitasiya etməyə imkan verən alət olduğu qeyd olunur. Platforma həmçinin süni intellekt texnologiyalarının və dövlət siyasətinin əmək bazarına təsirini qiymətləndirməyə imkan yaradır.

Model dəqiq proqnozlaşdırma aləti kimi deyil, müxtəlif ssenarilərin təhlili üçün nəzərdə tutulmuş eksperimental mühit kimi nəzərdən keçirilir.

Platforma ölkə üzrə 3 min dairə çərçivəsində 923 peşə üzrə paylanmış 32 mindən artıq bacarığı təhlil edir və onları müasir süni intellekt sistemlərinin imkanları ilə müqayisə edir. Bu yanaşma texnologiyaların hazırkı inkişaf mərhələsində hansı tapşırıqların artıq avtomatlaşdırıla biləcəyini müəyyənləşdirməyə şərait yaradır.

Tədqiqatın nəticələrinə görə, kadrların idarə olunması, logistika, maliyyə və inzibati fəaliyyət sahələrində rutin funksiyalar ən çox təsirə məruz qalır. Eyni zamanda, informasiya texnologiyaları və hesablama peşələri də daxil olmaqla texnoloji sektor ümumi əməkhaqqı fondunun təxminən 2,2 faizini, yəni 211 milyard dollara yaxın hissəsini təşkil edir.

Müəlliflər vurğulayırlar ki, bu alət iş yerlərinin ixtisarının vaxtını və ya dəqiq miqyasını müəyyən etmək üçün nəzərdə tutulmayıb. Onun əsas məqsədi süni intellektin tətbiqinin mümkün nəticələrinin qiymətləndirilməsi, eləcə də əmək bazarının uyğunlaşma strategiyalarının hazırlanması üçün analitik əsas təqdim etməkdir.

“Iceberg Index” layihəsi çərçivəsində ABŞ-ın ayrı-ayrı ştatlarının hakimiyyət orqanları ilə, o cümlədən Tennessi, Şimali Karolina və Yuta ilə birgə eksperimentlər də aparılır. Onlar məşğulluq üzrə məlumatlar əsasında müxtəlif siyasi ssenariləri və potensial risklərin yumşaldılması üzrə tədbirləri sınaqdan keçirirlər.

Tədqiqat göstərir ki, süni intellektin təsiri ayrı-ayrı regionlar və ya sahələrlə məhdudlaşmır. Modelləşdirmə məlumatlarına görə, potensial dəyişikliklər ABŞ-ın bütün 50 ştatında, o cümlədən daxili və kənd ərazilərində əmək bazarını əhatə edir.




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30