FACT-INFO.AZ » CƏMİYYƏT » İstanbulda Əhməd bəy Ağaoğluna həsr edilən kitab ictimaiyyətə təqdim edilib
1-04-2026, 15:00 | CƏMİYYƏT
İstanbulda Əhməd bəy Ağaoğluna həsr edilən kitab ictimaiyyətə təqdim edilib

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib. Türkiyə türkcəsində hazırlanan nəşr Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.

Fact-info.az xəbər verir ki, azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri əks etdirilib. Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.

Türkiyənin ən qədim və nüfuzlu elm-təhsil müəssisələrindən olan İstanbul Universitetində keçirilən təqdimat mərasimində əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul Universitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Osman Bülent Azərbaycan - Türkiyə qardaşlığı haqqında danışaraq, ötən əsrin əvvəllərində çox sayda azərbaycanlı fikir adamının Türkiyəyə köç edərək ideoloji fəaliyyətlərini burada davam etdirdiyini bildirib. O, bu insanların gələcəyin strategiyasında böyük rol oynadıqlarını, ölkələrimizin bugünkü baxışına istiqamət verdiyini bildirib.

O, nəşrin hazırlanmasını, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək bu istiqamətdə ortaq araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Murad Hüseynov Azərbaycan - Türkiyə qardaşlığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək, mədəni əlaqələrimizin güclənməsi, habelə Əhməd Ağaoğlu kimi düşüncə insanlarımızın araşdırılmasının ortaq irsimizin davam etdirilməsi üçün mühüm əhəmiyyət daşıdığını deyib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada doğulmuş Əhməd bəy Ağaoğlunun yaradıcılığının həm Azərbaycan, həm də Türkiyənin ortaq mənəvi sərvəti olduğunu, onun maarifçilik, mətbuat sahəsində fəaliyyəti, dünyəvi təhsilin yayılması, milli oyanış ideyalarının formalaşmasında xidmətlərini qeyd edib.

Ağaoğlunun Şərq ənənələri ilə Qərb modernləşməsi arasında balansın tapılmasını vacib hesab etdiyini bildirən S.Abbasov, Azərbaycan Mədəniyyət Mərkəzinin dövlətimizin dəstəyi ilə gələcəkdə də bu kimi layihələr çərçivəsində iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə töhfə verən, Türkiyədə yaşamış tanınmış azərbaycanlıların zəngin irsinin araşdırılması və geniş şəkildə tanıdılması istiqamətində işlər həyata keçiriləcəyini bildirib.

Səfirliyimizin müşaviri Füzuli Məcidli Ağaoğlu mirasının bizim üçün düşüncə ideologiyası olduğunu qeyd edərək bu gün bu fəlsəfənin dövlətlərimiz arasındakı bağlarla ən bariz şəkildə nümayiş olunduğunu söyləyib.

Müəllif Dilqəm Əhməd kitabın yaradılması, məzmunu və Əhməd Ağaoğlunun həyatı barədə iştirakçılara məlumat verib. Vurğulayır ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.





Baxış sayı: 95
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30