FACT-INFO.AZ » SİYASƏT » Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti
26-03-2026, 09:30 | SİYASƏT
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti

Zaqrebdə martın 25-də “3 Dəniz Təşəbbüsü”nün Parlament Zirvə Toplantısı keçirilib.

 Azərbaycan tədbirdə ilk dəfə Xüsusi Dəvətli Qonaq statusu ilə təmsil olunub.

Xorvatiya parlamentinin təşkilatçılığı ilə keçirilən Zirvə Toplantısı “3 Dəniz Təşəbbüsü”nün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq” mövzusunda müzakirələrə həsr edilib.

Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Baş nazir Andrey Plenkoviç, Polşa seyminin vitse-marşalı Zimon Holovnianın açılış nitqlərindən sonra “3 Dəniz Təşəbbüsü”nün Toplantısının müzakirəyə çıxardığı mövzu ətrafında fikir mübadiləsi aparılıb. Aralıq dənizi ölkələri üzrə Avropa komissarı Şuika Dubravka, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və üzv ölkələrin parlament rəhbərlərinin nitqlərindən sonra Zirvə Toplantısına xüsusi dəvətli qonaq statusu ilə qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Rafael Hüseynov çıxış edib.

O, Azərbaycanın “3 Dəniz Təşəbbüsü”nün üzvü olmamasına baxmayaraq belə bir önəmli mərasimə dəvət edilməsini tamamilə məntiqli hesab etdiyini bildirib və vurğulayıb ki, ölkəmiz rəsmi olaraq “3 Dəniz Təşəbbüsü”nün 13 iştirakçısı, 6 strateji tərəfdaşı və 4 assosiativ iştirakçısı sırasına daxil olmasa da, mövcud iqtisadi əlaqələrin intensivliyi və qarşılıqlı əhəmiyyəti baxımından əslində bu təşəbbüsün üzvlərindən biri sayılır.

R.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı işlərin ümumi mənzərəsini sammit iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, “3 Dəniz Təşəbbüsü”nün yaradıcılarından olan Polşa Prezidenti Andjey Duda ilə 2020-ci il yanvarın 22-də Davosda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, neft və qaz sektorunda əməkdaşlıq imkanları, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət müzakirə olunub. Söhbət zamanı Azərbaycanın 2020-ci ilin iyununda Tallində keçiriləcək “Üç Dəniz Təşəbbüsü Sammiti”ndə iştirakının əhəmiyyəti də qeyd edilib. Milli Məclisin sədr müavini əlavə edib ki, 2016-cı il fevralın 4-də Londonda keçirilən “Suriya və Regiona Dəstək” konfransı çərçivəsində Prezident İlham Əliyev “3 Dəniz Təşəbbüsü”nün digər təsisçisi Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və enerji, nəqliyyat və infrastruktur layihələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Rafael Hüseynovun sözlərinə görə, ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan “3 Dəniz Təşəbbüsü” ölkələrinin hamısı ilə ayrı-ayrılıqda daimi və sıx əlaqələr saxlayır.

Azərbaycanın Avropada və dünyada qaz ixracında ən etibarlı və sabit tərəfdaş kimi tanındığını, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan R.Hüseynov bildirib: “Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 16-dır. Bu ölkələrin əksəriyyəti, – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Almaniya, Avstriya və Suriya, - “3 Dəniz Təşəbbüsü”ndə təmsil olunur. Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış digər böyük layihə isə Cənub Qaz Dəhlizidir. Bu layihə yalnız iqtisadi deyil, həm də ciddi strateji və siyasi əhəmiyyət daşıyır, çünki əsas hədəflərdən biri Avropanın Rusiya qazından asılılığını azaltmaqdır. İqtisadi asılılığın hansı təzyiqlərə və fəsadlara yol açdığı isə yaxın tarixdən yaxşı məlumdur”.

Milli Məclisin sədr müavini əməkdaşlıqların və belə müzakirələrin xüsusi əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sammit və burada aparılan müzakirələr, ümumiyyətlə, əməkdaşlığa, qarşılıqlı fayda və inkişafa xidmət edən bütün təşəbbüslər bugünkü narahat və müharibə alovlarına bürünmüş dünyaya bir mesajdır. Dünyanın və insanlığın layiq olduğu daha sabit və rahat sabahlar üçün yeganə doğru yol ölkələrin bir-birinə uzanan əlləri, iş birliyi və tərəfdaşlıqdır. (Azərtac)




Baxış sayı: 170
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30