FACT-INFO.AZ » CƏMİYYƏT » Müşfiq Əliyev: “Böyük qürur hissilə bayramlarımızı işğaldan azad olunmuş ərazilərimizdə qeyd edirik”
17-03-2026, 14:00 | CƏMİYYƏT
Müşfiq Əliyev: “Böyük qürur hissilə bayramlarımızı işğaldan azad olunmuş ərazilərimizdə qeyd edirik”

Hazırda dünyada münaqişələr genişlənir, yeni müharibə ocaqları yaranır. Təhlükəsizlik bəşəriyyət üçün ciddi məsələyə çevrilir. Belə məqamda ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Azərbaycan dünyanın ən sabit regionlarından birinə çevrilib. Təbii ki, bu sabitlik, dinc quruculuq prosesi uzun illərin böyük zəhməti hesabına başa gəlib. Bu torpaq uğrunda minlərlə qəhrəman əsgərlərimiz canından keçiblər. Biz şəhidlərimizi ehtiramla anmaqla bərabər, onların ailələrini, həmçinin qazilərimizi diqqətdə saxlayırıq.  

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz doğma torpaqlarımızı 2020-ci ildə, 44 günlük Vətən müharibəsində işğaldan azad etdi. 30 illik əzablarımıza, düşmənin işğalçılıq siyasətinə son qoyuldu.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq prosesi davam edir. Keçmiş məcburi köçkünlər dövlətimizin himayəsilə öz doğma torpaqlarında inşa olunmuş  evlərinə qayıdırlar. Qarabağda, Şərqi Zəngəzurda inşaat işləri sürətlə davam edir. Soydaşlarımız öz tarixi yurd yerlərinə böyük sevinc hissilə dönürlər. Biz Vətəndaş Cəmiyyətinin üzvləri olaraq, həmin bölgələrə mütəmadi olaraq səfərlər edirik, quruculuq prosesini  böyük qürur hissilə müşahidə edirik. Bu torpaqlarda hər addımı atarkən qəhrəman Ordumuzu xatırlayırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik. Ali Baş Komandanın uzaqgörən siyasəti, qətiyyəti, Silahlı Qüvvələrimizinin şücaəti, xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad oldu. Bu tarixi qələbə daim xalqımızda ruh yüksəkliyi yaradır.

 Artıq soydaşlarımız həmin ərazilərdə bütün bayramları, o cümlədən Novruzu  yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Novruzla bağlı qısa təəssüratlarımı bildirmək istərdim. Bu bayram Beynəlxalq müstəvidə də tanıdılır. Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

 Onu da qeyd edim ki, Novruz ənənələri incəsənətdə də öz əksini tapmışdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Azərbaycanın görkəmli bəstəkarları müxtəlif mahnılar bəstələmişlər.

Ulu Öndər Heydər Əliyev bu bayramla bağlı deyirdi: “Bu bayram onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram  qeyd edir. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.

Ona görə də, Novruz bayramını hər il böyük el bayramı kimi edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

 Bu gün bizim üçün çox əlamətdar hadisədir ki, həm dini, həm də milli bayramlarımızı işğaldan azad olunmuş torpaqlarımızda keçiririk. Belə tarixi məqamları sözlə ifadə etmək  çətindir. İnanırıq ki, bir gün gələcək Qərbi Azərbaycanda, Zəngəzurda, digər mahallarımızda,  tarixi yurd yerlərimizdə bu bayramlarımızı qeyd edəcəyik. Elə bir gün mütləq gələcək. Sonda həm Novruz, həm də Ramazan bayramı münasibətilə Ali Baş Komandanı, bütün xalqımızı təbrik edirəm, Allah Azərbaycanı qorusun!                                                                                                                           

Müşfiq Əliyev

 Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Qarabağ müharibəsi veteranı, qazi




Baxış sayı: 465
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30