Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə təşkil etdiyi “Poeziya xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə reallaşan müsabiqənin seçim mərhələsində 50-yə yaxın namizəd iştirak edib. Onların arasından seçilən 14 iştirakçı münsiflər heyəti qarşısında öz bacarığını nümayiş etdirib.
Xalq artisti, aktyor, professor Məmmədsəfa Qasımov, şair, yazıçı, dramaturq, ssenarist İlqar Fəhmi və Əməkdar artist, aktyor, bədii qiraət ustası, professor Azad Şükürovdan ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Münsiflərin yekun qərarına əsasən, Anar Əhmədov birinci, Ramil Hüseynzadə və Hüseynağa Aslanov ikinci, Səma Ağazadə (Muğanna) üçüncü yerlərə layiq görülüblər.
Qaliblər yaxın günlərdə keçiriləcək qala tədbirdə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə istedadlı qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin bədii-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzri irsinin təbliğinə töhfə vermək məqsədilə təşkil olunub.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
