FACT-INFO.AZ » AKTUAL » Dilimizin saflığını qorumaq üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır
20-11-2025, 11:30 | AKTUAL
Dilimizin saflığını qorumaq üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır

Dilimizin saflığı, bu sahədə mövcud problemlərlə bağlı müzakirələr davam etməkdədir. Şübhəsiz ki, belə aktual məsələ bizi düşündürür, narahat edir. Qənaətimcə, dilimizin bu günə düşməsi məsələsi peşəkar səviyyədə araşdırılmal və təkliflər verilməlidir. Təbii ki, belə geniş və ciddi problemli məsələni kiçik bir yazıda əhatə etmək fikrində deyiləm. Amma bəzi məqamlara qısaca nəzər salmaq istərdim.

Birincisi, təhsil sahəsində gündən-günə ağırlaşan ağrılı problemlər ana dilimizə böyük zərbə vurur. Təhsillə bağlı məsələlər ayrıca bir söhbətin mövzusudur. Millətin, dövlətin strateji sahəsi olan təhsilə heç kim barmaqarası baxmamalıdır. Bu sahədə hər hansı əyintilər, ciddi problemlər  gec-tez  özünü cəmiyyətdə çılpaqlığı ilə üzə çıxarır. O baxımdan  ana dilində olan problemlərin xeyli hissəsi təhsildən qaynaqlanır. Dilinə, mənəvi dəyərlərinə etinasız yaraşan  istər jurnalist, istər televiziya aparıcısı, istərərsə də, digər peşə sahibi  olsun, onların hər biri məktəb oxuyub. Mükəmməl təhsil almış şagird, tələbə öz dilinə etinasız yanaşa bilməz. Təhsil elə bir sahədir ki, orada buraxılmış ciddi səhvlər isə illər keçəndən sonra özünü göstərir.

 

İkincisi, mütaliə vərdişlərinin bir çox səbəblərdən itməsi zaman keçdikcə  fəsadlarını verir.  Mütaliənin insanın formalaşmasında, beynin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Bu barədə əlavə nəisə demək istəmirəm. Amma  mütaliə mədəniyyətinə, ənənələrinə, vərdişlərinə zərbə vuran xeyli faktorlar var.

Bəziləri deyirlər ki, Azərbaycan dilində oxumalı kitablar azdır və yaxud yeni ədəbiyyat nümunələri yetərli deyil. Bu fikirlərlə razılaşmaq olmaz.  Çünki istər Azərbaycan dilində, istərsə də digər dillərdə ən azından elektron kitabxanalar vasitəsilə oxumalı kitablar tapmaq mümkündür.

Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə, mütaliəni birdəfəlik leksionlarından çıxarıblar. Digər kateqoriyadan olan insanlar,  xüsusilə, gənclər  min bir zəhmət hesabına  təhsil alırlar, gecə-gündüz çalışırlar. Nəticəsi olmur. İnsan öz zəhmətinin, intellektinin bəhrəsini görməlidir. Əgər görə bilmirsə, bu ciddi fəsadlar yaradır. O zaman həmin insanın kitaba, dəftərə, mütaliəyə hansı müsbət münasibəti olacaq? Diqqət yetirsək görərik ki, çox dar çərçivədə  kitab oxumağa, mütaliəyə meyl var.

 

Üçüncüsü, hər zaman qeyd olunduğu kimi  bəzi telekanallarda ana dili ilə bağlı ciddi qüsurları qalmaqdadır.  Aparıcı televiziyanın simasıdır. Əgər bu simanın dili zədələnibsə, tamaşaçı qarşısında xoşa gəlməyən ifadələr işlədirsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdir. Təəssüf ki, belə aparıcılarla bağlı yetərincə faktlar var.

 

Dördüncüsü, sosial şəbəkələrin gətirdiyi müsbət və mənfi çalarlar, bu sahədə hüququn tam oturuşmaması, ifrat sərbəstlik, ən əsası məsuliyyətsizlik   və digər məqamlar dili bərbad günə qoyur.

 

Beşincisi, söz yaradıcılığı, dilimizə yeni Azərbaycan türkcəsində olan sözlərin gəlməsi prosesi bərbad vəziyyətdədir. Dilçilik İnstitutunun, bilmirəm başqa kimlərin dilimizə gətirmək istədiyi əcaib-qəraib sözləri dil qəbul etmir. Vaxtılə Xalq şairi Rəsul Rza çimərlik sözünü Azərbaycan dilinə gətirdi və dil onu qəbul etdi. Çünki sözün rahat səslənməsi, dilə uyarlığı vacibdir.  Təəssüf ki, bu gün icad olunan bəzi sözlər dildə rahat səslənə bilmir. Bir zamanlar dilimizdə istifadə olunan müstəqillik sözünü  Türkiyə türkcəsində istifadə olunan “bağımsızlık” sözü ilə əvəz etmək cəhdləri oldu. Amma dil bu sözü qəbul etmədi. Mənim qənaətimcə, yeni söz axtarışına çıxan şəxslər xalq yaradıcılığına, dialekt və şivələrdə unudulmuş sözlərə müraciət etsələr nəticələr əldə edə bilərlər.

 

Göründüyü kimi, ana dilimizlə bağlı problemlər çoxdur. Bütün bunlar mənim yanaşmamdır.  Ola bilər kimlərsə fikirlərimlə razılaşmasın. Yekun olaraq onu deyim ki, təhsilə, elmə, insana verilən böyük dəyərlər sistemi, məsələyə kompleks yanaşma bəzi sahələrdə inkişafın açarına çevrilə bilər. Ən vacibi dilimizin saflığını qorumaq, mütaliə prosesini inkişaf etdirmək üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır.

 

Əkrəm Bəydəmirli

 




Baxış sayı: 500
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30