FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib
19-11-2025, 08:00 | MƏDƏNİYYƏT
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib

Noyabrın 18-də "LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından formalaşdırmaq məqsədi daşıdığını deyib: "Bu kitabı hazırlamaqda əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı, ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır. Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda oxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavrama xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur. Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr, sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr, həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət verilir".

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın ifadəsi olduğunu bildirib. O, nəşrin xaricdə yaşayan və böyüyən azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Göyərçin" jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri xatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.





Baxış sayı: 160
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30