FACT-INFO.AZ » AKTUAL » Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini möhkəmləndirir
17-11-2025, 19:30 | AKTUAL
Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini möhkəmləndirir

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması, ölkəmiz üçün yeni bir dövrün başlanğıcıdır. Bu addım yalnız diplomatik və siyasi qərar deyil, eyni zamanda bu, tarixi, mədəni, mənəvi bağların siyasi və iqtisadi müstəviyə daşınmasıdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əsrlər boyu formalaşan ortaq dəyərlər, ortaq tarix və mədəni kodlar bu gün institusional əməkdaşlıq çərçivəsində öz ifadəsini tapır. Artıq Mərkəzi Asiya yalnız beş dövlətin təşəbbüsü ilə müəyyən olunan məkan deyil, Azərbaycan da bu regionun ayrılmaz və tamhüquqlu iştirakçısıdır. Bu status Azərbaycanın regional siyasətdə mövqeyini gücləndirir, onun strateji əhəmiyyətini artırır və Avrasiya coğrafiyasında yeni siyasi və iqtisadi mərkəzin formalaşmasına imkan yaradır.

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O, qeyd edib ki, Azərbaycanın bu formatda iştirakı onun Cənubi Qafqazda oynadığı rola zidd deyil. Ölkəmiz, eyni zamanda, həm Cənubi Qafqaz platformasında fəal iştirak edir, həm də Mərkəzi Asiya istiqamətində əlaqələrini genişləndirir. Bu paralel fəaliyyət Azərbaycanın həm regional, həm də qlobal strateji baxışının göstəricisidir. Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən nəqliyyat-logistika, enerji və tranzit layihələri bölgənin iqtisadi və siyasi sabitliyinə böyük töhfə verir. Eyni zamanda, Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji mövqeyini həm Avrasiya, həm də dünya səviyyəsində möhkəmləndirir.

“Mərkəzi Asiya coğrafi mövqeyinə görə, Avrasiyanın strateji mərkəzlərindən biridir. Azərbaycanın tamhüquqlu iştirakı bu məkanda onun mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Xəzər dənizi yalnız regional deyil, qlobal miqyasda da birləşdirici element rolunu oynayır. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətləri arasında inteqrasiyanın real bir nümunəsini yaradır. Beləliklə, Xəzər hövzəsi yalnız təbii sərvətlər mənbəyi deyil, həm də strateji, iqtisadi və tranzit baxımından regionun birləşdirici mərkəzinə çevrilir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Avrasiyada yeni geostrateji mərhələ

A.Allahverənov Azərbaycanın Mərkəzi Asiyada tamhüquqlu iştirakçılıq statusunun vacibliyinə diqqət çəkib: “Bu uğur həm də region dövlətləri arasında strateji tərəfdaşlığın və hətta müttəfiqlik münasibətlərinin dərinləşməsinin göstəricisidir. Bu, yalnız siyasi dialoqun intensivləşməsi deyil, eyni zamanda, iqtisadi və enerji sahəsində böyük perspektivlərin açılması deməkdir. Nəqliyyat-logistika dəhlizləri, beynəlxalq yükdaşımaları, enerji daşıyıcılarının ötürülməsi, yaşıl enerji ixracı, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə yeni imkanlar yaranır. Azərbaycan artıq regionda tranzit və nəqliyyat baxımından əsas mərkəzlərdən biri kimi çıxış edir. Bu baxımdan ölkəmizin rolu yalnız regional deyil, qlobal səviyyədə də əhəmiyyətli hala gəlir. Həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı geniş perspektivlər açır. Bu əməkdaşlıq dövlətlərin rəqəmsal iqtisadiyyatlarını inkişaf etdirməyə, kibertəhlükəsizlik və innovativ texnologiyaların tətbiqini genişləndirməyə imkan verir. Həm dövlət qurumları, həm də özəl sektor bu yeni platformalardan faydalana bilər. Belə əməkdaşlıq, eyni zamanda, regionda innovasiya ekosisteminin qurulmasına şərait yaradır və dövlətlərarası texnologiya mübadiləsini sürətləndirir.

Türk dünyası xətti üzrə inteqrasiya da Azərbaycanın bu addımının mühüm tərkib hissəsidir. Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin Türk Dövlətləri Təşkilatının üzvü olması və Azərbaycanın tamhüquqlu iştirak statusu Türk dünyasında siyasi koordinasiyanın güclənməsini təmin edir. Bu isə vahid mövqedən çıxış etməyə, hökumətlərarası əməkdaşlığı daha sıx qurmağa və ortaq iqtisadi layihələrin daha sürətli reallaşmasına imkan verir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tranzit, enerji, nəqliyyat və kommunikasiya layihələri artıq yalnız region üçün deyil, qlobal miqyasda strateji əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycanın mövqeyini gücləndirir və onu Avrasiyanın strateji güc mərkəzlərindən birinə çevirir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması, həm ölkəmiz, həm region, həm də bütövlükdə Avrasiya üçün yeni siyasi, iqtisadi və geostrateji imkanlar yaradır. Bu addım inteqrasiya meyillərini gücləndirir, strateji əməkdaşlığı dərinləşdirir və qarşıdakı illərdə region xalqlarının inkişafına töhfə verəcək böyük və uzunmüddətli layihələrin reallaşmasına şərait yaradır. Azərbaycan həm qlobal enerji və nəqliyyat xəritəsində, həm də Türk dünyası ilə inteqrasiya prosesində lider rolunu daha da möhkəmləndirmiş olur. Bu, yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri və beynəlxalq aktorlar üçün yeni əməkdaşlıq perspektivləri açan tarixi bir qərardır”.




Baxış sayı: 155
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031