FACT-INFO.AZ » MEDİA » “Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb
17-11-2025, 11:00 | MEDİA
“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “Rəqəmsal jurnalistika” (“Digital Journalism”) mövzusuna həsr olunan növbəti mərhələsi başlayıb. Fact-info.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares təlimlə bağlı fikirlərini bölüşüb. O vurğulayıb ki, proqram beynəlxalq media təcrübəsinin jurnalistlərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Rəqəmsal jurnalistika” təlimi iştirakçılara qlobal media prinsiplərini mənimsəmək və müasir texnologiyalardan istifadə bacarıqlarını real tətbiq etmək üçün geniş imkanlar yaradır.

Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli diqqətə çatdırıb ki, medianın inkişafı innovativ həllərə açıq olmaq və peşəkarlığı daim artırmaqla sıx əlaqəlidir. “Bu kimi beynəlxalq təşəbbüslər yerli jurnalistlərin rəqəmsal savadlılığını yüksəldir və ölkədə media sektorunun ardıcıl, davamlı inkişafına ciddi töhfə verir. Jurnalistikanın gələcəyi texnologiya ilə insan amilinin birgə işləməsindən keçir. Gələcəyin jurnalisti həm müasir rəqəmsal biliklərə sahib olmalı, həm də insan hekayələrini səmimi və təsirli şəkildə təqdim edə bilməlidir. Çünki texnologiya və “insan nəfəsi” bir-birini tamamlayan əsas elementlərdir. Bu baxımdan yeni reallıqlara uyğunlaşmaq vacibdir. Azərbaycanda jurnalistlərin texnoloji bacarıqlarını artırmağa yönəlmiş geniş layihə icra olunur. Süni intellekt və rəqəmsal alətlərlə işləmək bu proqramın əsas istiqamətlərindəndir. Artıq həm beynəlxalq təcrübədən yararlanır, həm də yerli mediaya uyğun real praktik modellər qururuq”,- deyə N.Məmmədli əlavə edib.

Təlimdə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya təlimçi qismində çıxış edib.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri ilə davam edib.

Təlim proqramı noyabrın 20-dək davam edəcək.




Baxış sayı: 145
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30