Varşava Universitetində Avropada ilk, Türk dünyası da daxil olmaqla dünyada isə ikinci olan IX–XIX əsrlərə aid Azərbaycan Dövlətinin Qədim Xəritələr Qalereyası açılıb.
Fact-info.az xəbər verir ki, bu barədə Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetinin Müasir Araşdırmalar İnstitutunun direktoru, professor Muxit-Ardager Sıdıknazarov sosial mediada məlumat verib.
Onun sözlərinə görə, qalereya Avropa ölkələri, ABŞ və Asiyadakı xarici arxivlərdə, kitabxanalarda və kartoqrafik kolleksiyalarda aşkar edilən və araşdırılan xəritələrdən ibarətdir.
“Bu, Varşava Universitetinin Türkologiya kafedrasının Azərbaycanşünaslıq Mərkəzinə hədiyyəmdir”, - deyə Sıdıknazarov yazıb.
Muxit-Ardager Sıdıknazarov xatırladıb ki, Azərbaycan dövlətinin ilk qədim şərq (türk, ərəb-müsəlman) və qərb (Avropa, Amerika) xəritələri qalereyası onun tərəfindən 2023-cü ildə Türk dünyasının mənəvi paytaxtı Türküstan şəhərində açılıb.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
