FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Seulda “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş kitabın təqdimatı olub
14-11-2025, 11:00 | MƏDƏNİYYƏT
Seulda “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş kitabın təqdimatı olub

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın təqdimatı keçirilib.

 Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrdən, bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıq layihələrindən danışıb. Bildirib ki, Azərbaycan və Koreya xalqları Ural-Altay dil ailəsinə mənsubluğundan, eləcə də oxşar mədəni və mənəvi dəyərlərə sahib olmasından irəli gələrək bir-birinin dil və mədəniyyətinə böyük maraq göstərirlər. Bu da ölkələrimiz arasında əməkdaşlığa və mədəniyyət mübadiləsinə əlavə stimul verir.

R.Həsənov qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsinin nəşr olunması Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığının növbəti nümunəsi olmaqla yanaşı, eyni zamanda, Koreya ictimaiyyətinin Azərbaycanın milli-mədəni irsi barədə daha dərindən məlumatlanması baxımından əhəmiyyətli töhfədir. Belə ki, koreyalı oxucular “Kitabi-Dədə Qorqud” dastanını ana dillərində oxumaqla dost Azərbaycan xalqı barədə daha çox maariflənmək imkanı əldə edirlər. Diplomat çap olunmuş kitabın 1000 nüsxəsinin Koreyanın müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verib.

Səfir R.Həsənov, həmçinin əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini nümayiş etdirən “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanın xalqının qədim folklor nümunəsi kimi əhəmiyyətindən danışıb, onu Türk dünyasının ümumi dəyəri adlandırıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan-Cənubi Koreya əlaqələrinin irəli aparılmasında bu ölkədə yaşayan Azərbaycan diasporunun rolundan bəhs edib. O, diasporumuzun, xüsusilə xaricdəki gənc azərbaycanlıların fəaliyyətinə dəstək göstərilməsinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, Cənubi Koreyadakı gənc diaspor fəallarımızın elm, təhsil, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərmələri və nailiyyətlər əldə etmələri sevindirici haldır.

Professor Banq Min Ho “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının qədim tarixi, zəngin milli-mədəni irsi, adət-ənənələri barədə kifayət qədər dolğun məlumat verən mükəmməl folklor nümunəsi olduğunu qeyd edib, əsərin 6 boyunun artıq Koreya dilində də mövcudluğunun bu ölkədə Azərbaycanın kökləri barədə daha dolğun məlumatlanmaq üçün meydan açdığını bildirib. Azərbaycana səfərlərini, ölkəmizin müasir və xalq ədəbiyyatı ilə tanışlığını xoş təəssüratlarla xatırlayan Banq Min Ho vurğulayıb ki, bədii redaktor qismində dastanın Koreya dilinə tərcüməsi üzərində işləməsi onun Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlığını daha da möhkəmləndirib.

Tərcümənin koreyalı həmmüəllifi, yazıçı Li Sucin azərbaycanlı tərcüməçi Leyla Məsimli ilə uzunmüddətli əməkdaşlığı, hazırkı tərcümə işinin ideyasının yaranması, onun məqsədi, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəni böyük səylə dəstəkləməsi, tərcümə üçün boyların seçimi zamanı diqqət edilən nüanslar barədə ətraflı məlumat verib. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını Koreyanın xalq ədəbiyyatı ilə müqayisədə təhlil edərək, dastanın ayrı-ayrı boyları ilə Koreyanın müxtəlif folklor nümunələrindəki oxşarlıqları diqqətə çatdırıb və bunu iki xalqın mədəni yaxınlığının sübutu adlandırıb.

Cənubi Koreyanın elmi-mədəni dairələrinin və media nümayəndələrinin, Azərbaycanın bu ölkədə yaşayan diasporunun fəallarının və tələbələrin iştirakı ilə baş tutan tədbirdə, həmçinin Azərbaycana dair digər çap materialları, suvenirlər və kulinariya nümunələri təqdim edilib.




Baxış sayı: 105
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30