FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Cəngi” xalçasının təqdimatı keçirilib
7-11-2025, 21:00 | MƏDƏNİYYƏT
“Cəngi” xalçasının təqdimatı keçirilib

Noyabrın 7-də Azərbaycan Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü münasibətilə rəssam CHINGIZ-in “Cəngi” xalçasının təqdimat mərasimi keçirilib. Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərgi barədə məlumat verib. Əsərdə xalqımızın qəhrəmanlıq ruhunun əks olunduğunu diqqətə çatdıran direktor deyib: “Burada döyüş əzmi, iztirabları və qüruru müasir təsviri dil vasitəsilə ifadə olunub. Haşiyə boyunca təqdim olunan rəqs edən yaralı döyüşçü siluetləri həm birliyin və əzmin, həm də xatirənin rəmzidir”.

Sənətşünas, vizual sənət nəzəriyyəçisi Elçin Şamilli vurğulayıb ki, bu sənət əsərində xalçaçılıq ənənəsi, milli rəqsin simvolik kodları və faciəvi müharibə təcrübəsi vəhdət təşkil edir. Onun sözlərinə görə, “Cəngi” xalçası xalqın tarixi yaddaşının canlı ifadəsi kimi mədəni irsimizin davamlılığını göstərir.

Xalçanın texniki eskizi xalça rəssamı Afaq Abdullayevaya məxsusdur. Əsər Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxucular Rəna Süleymanova, Ulduz Nəcəfova və Şəkər Ələsgərova tərəfindən səkkiz ay ərzində ərsəyə gətirilib.

Tədbirin bədii hissəsində “Teatr O2” aktyorları xüsusilə “Cəngi” xalçasının təqdimatı üçün hazırlanan tamaşanı nümayiş etdirib. Səhnə əsərinin ssenari müəllifi və rejissoru Konstantin Soldatov, xoreoqraf Nigar İbrahimbəylidir.




Baxış sayı: 195
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30