FACT-INFO.AZ » AKTUAL » Vətən anlayışı bizim üçün müqəddəs olub və dərin məna kəsb edir
7-11-2025, 11:00 | AKTUAL
Vətən anlayışı bizim üçün müqəddəs olub və dərin məna kəsb edir
Dünyada baş verən müharibələr, davam edən geosiyasi və geoiqtisadi proseslər göstərir ki, gücsüz oldun müstəqiliyin təhlükə altına düşür. Xüsusilə qeyri sabit bölgə olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi qoruyub saxlamaq üçün peşəkar ordu çox zəruridir.
Düşünürəm ki, Azərbaycan bu missiyanı çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu, qardaş Türkiyə ilə bigə hərbi təlimlərin davamlı həyata keçirilməsi, ən yeni silahların alınıb ölkəmizə gətirilməsi, bütün hərbi hissələrdə təchizat sisteminin lazımı şəkildə təmin edilməsi hədəflər sırasında olub. Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində biz millət olaraq öz ərazi bütövlüyümüzü bərpa etdik.
Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır. Azərbaycanın milli maraqlarına hesablanmış düzgün siyasət, dünyada və regionda gedən proseslərin çox ustalıqla nəzərə alınması və digər məqamlar tarixi qələbəmizi şərtləndirən amillərdir.
Böyük Mustafa Kamal Atatürk deyirdi ki, məcbur olmadıqda müharibə etmək insanlığa qarşı cinayət törətməkdir. Reallıq budur ki, Ermənistan havadarlarının köməyi ilə vaxtılə bu cinayəti törətmişdi. Cinayətkarı cəzalandırmaq isə beynəlxalq hüququn mühüm prinsiplərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının haqlı tələbi idi. Məhz İkinci Qarabağ müharibəsi bu zərurətdən başlamalı idi və başladı. Gerçəkdən Azərbaycan tarixini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri yazdı.
Məşhur filosof Fridrix Nitşe deyib: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır”. Gerçəkdən 44 günlük Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz sözün əsl mənasında tarix yaratdılar.
Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Ordumuzun şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.
Bu gün biz necə qürur hissi keçiririksə, şəhidlərimizin ruhu da eləcə şaddır. Artıq onların böyük şücaət göstərdiyi, canlarını fəda etdiyi torpaqlarımız azaddır.
Şəhidlərimizi ehtiramla anırıq. Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq şəhidlər ölməz, Vətən bölünməz!
Əkrəm Bəydəmirli



Baxış sayı: 260
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30