FACT-INFO.AZ » AKTUAL » Dövlət başçısının Azərbaycan dili ilə bağlı fikirləri çox dəyərlidir
7-11-2025, 10:30 | AKTUAL
Dövlət başçısının Azərbaycan dili ilə bağlı fikirləri çox dəyərlidir

"Prezident İlham Əliyev  Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışındakı "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir" ifadəsi tarixə təkcə siyasi deyil, elmi yanaşma tələbini əks etdirir. Tarixi tədqiqatın faktlara, mənbələrə əsaslanması burada dövlət səviyyəsində vurğulanır. Bu yanaşma Azərbaycan tarixşünaslığının modern elmi metodologiyalarla yenilənməsi üçün istiqamət göstərir. Azərbaycanın elm ictimaiyyəti cənab Prezidentin bu istiqamətdə tövsiyələrini gələcək fəaliyyətində prioritet kimi qəbul etməlidir". 

Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Dövlət başçısının çıxışında Azərbaycan dili ilə bağlı fikirləri də çox dəyərli və olduqca önəmlidir Prezidentimizin "Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti" sözləri dilin dövlətçiliklə eyniləşdirilməsini göstərir. Bu, sırf dilçilik məsələsi deyil, milli identiklik, informasiya müstəqilliyi və mədəni təhlükəsizlik məsələsidir. Qloballaşma dövründə dillərin assimilyasiyası, mediada yad sözlərin çoxalması fonunda Prezidentin "xarici kəlmələrə ehtiyac yoxdur" fikri dilin suverenlik elementi kimi təqdim olunur. Eyni zamanda, Azərbaycan dilinin qorunması yalnız dövlətin yox, hər bir vətəndaşın məsuliyyəti kimi qiymətləndirilir.
Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi sadəcə elmi bir hadisə deyil, bu, müasir Azərbaycan ideyasının konseptual təzələnməsi mərhələsidir.  Prezident İlham Əliyevin nitqi göstərdi ki, XXI əsrin Azərbaycanı özünü elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc və dilini qoruyan mədəni millət kimi qurur. Bu model təkcə daxili siyasətin deyil, həm də beynəlxalq imicin təməl prinsipidir: ağıllı, tarixini bilən, dilinə sahib bir dövlət - dayanıqlı və qüdrətli dövlətdir. Bu dövlətin sahibi olan xalq isə yenilməz xalqdır!"





Baxış sayı: 55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30