FACT-INFO.AZ » AKTUAL » Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub
6-11-2025, 19:00 | AKTUAL
Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib.

Fact-info.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Belə ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, Ermənistan ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, qanunsuz silahlı birləşmələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, A.Harutyunyanın 1990-cı illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə iştirak etməsi təsdiqini tapıb.

Qeyd olunub ki, məhkəmədə tədqiq edilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın suveren ərazilərinə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan hərbi təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir.

Bildirilib ki, A.Harutyunyan Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.

Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiqlənib ki, 2023-cü ilədək Ermənistan tərəfindən davam edən təcavüzkar müharibə dövründə Arayik Harutyunyan I Qarabağ müharibəsində 1991-ci ildən etibarən aktiv döyüş əməliyyatlarında iştirak etməklə və sonrakı dövrlərdə təcavüzkar müharibənin yenidən planlaşdırılması, hazırlanması və aparılması, etnik təmizləmə, insanların təqib edilməsi, əsir və girov götürülməklə işgəncəyə məruz qoyulması, müharibə qanunlarının və adətlərinin pozulması, qondarma qurumda bir sıra “vəzifələr”in funksiyalarını icra etməklə hakimiyyətin zorla ələ keçirilməsi, Vətən müharibəsi dövründə mülki şəhərlərin və insanların dağıdıcı raket hücumlarına məruz qoymaqla Azərbaycan xalqına qarşı terror aktlarının həyata keçirilməsində və cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları həyata keçirməklə cinayətkar birlik tərəfindən törədilmiş soyqırımı, əhalini məhvetmə, köləlik, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq və digər cinayət əməllərinin törədilməsində iştirak edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Levon Mnatsakanyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

Prokurorun sözlərinə görə, sübutlarla müəyyən edilib ki, L.Mnatsakanyan Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı aparılan təcavüzkar müharibədə iştirak edib. Müxtəlif hərbi vəzifələrində xidmət etməklə yanaşı, cinayətkar birliyin əsas üzvlərindən olub, eləcə də qondarma rejimin “ordu quruculuğunda” mühüm rol oynayıb.

O, nəinki Azərbaycanın suveren ərazilərinin işğal edilməsində, həm də həmin ərazilərin uzun illər işğal altında saxlanılmasına zəmin yaradaraq qondarma qurumun “ordusu”nun, yəni Ermənistan silahlı qüvvələrinin ən böyük hərbi birləşməsinin formalaşmasında iştirak edib.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev isə təqsirləndirilən şəxs Bako Sahakyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları elan edib.

Qeyd olunub ki, hazırda ittiham olunan şəxslər arasında B.Sahakyan yeganə hüquqşünas diplomlu şəxs olmasına baxmayaraq, onun Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləməni, təcavüzkar müharibəni, suveren ərazilərin işğalını və digər çoxsaylı cinayətkar əməlləri təkzib etməsi insani və əxlaqi dəyərlərin təhqiridir. Qeyd edilib ki, bu davranışlara özünə rəvac verən şəxsin ədalət, obyektivlik və mənəvi dəyərlərdən danışmağa haqqı yoxdur.

Vurğulanıb ki, Bako Sahakyanın Azərbaycan qarşı aparılmış təcavüzkar müharibəyə, etnik təmizləmə siyasətinə və çoxsaylı ağır cinayətlərin törədilməsinə birbaşa rəhbərlik etmiş Serj Sarkisyanın köməkçisi olması mühüm tapşırıq və göstərişlər aldıqdan sonra qondarma qurumda “vəzifələr tutaraq” fəaliyyət göstərməsi onun 1988-ci ildən bəri formalaşmış cinayətkar ideologiyaya, eləcə də işğalçılıq siyasətinə sadiqliyinin bariz sübutudur.

Bu hallar məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bako Sahakyanın çoxsaylı müsahibələrində səsləndirdiyi fikirlərlə də öz təsdiqini tapıb.

Prokurorun sözlərinə görə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilib ki, 1988-ci ildən başlamaqla 2023-cü ilədək davam edən təcavüzkar müharibə dövründə Bako Sahakyan Azərbaycana terror aktlarının həyata keçirilməsində və cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları həyata keçirməklə cinayətkar birlik tərəfindən törədilmiş soyqırımı, əhalini məhvetmə, köləlik, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq və ittihamda təsvir edilən digər cinayət əməllərinin törədilməsində iştirak edib.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev isə təqsirləndirilən şəxs David Manukyan barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.

Qeyd edilib ki, D.Manukyan Ermənistan silahlı qüvvələrində, o cümlədən həmin silahlı qüvvələrin ən böyük hərbi birləşməsində müxtəlif yüksək vəzifələr tutmaqla Azərbaycan ərazilərinin vaxtilə işğal altında saxlanılmasında əsas rollardan birini oynayıb. I Qarabağ müharibəsinin əvvəlindən sonunadək David Manukyanın üzvü olduğu Şuşa batalyonu 1992-ci il sentyabrın 1-də “Daşnaksütyun” partiyasının əvvəllər yaradılmış könüllü birləşmələri əsasında formalaşdırılıb. 1991-1994-cü illərdə tabor Hadrut, Əsgəran, Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Kəlbəcər, Zəngilan rayonlarının işğalında aktiv rol oynayıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxs Arkadi Qukasyan barəsində məhkəmə istintaqının gedişində tədqiq olunan sübutlar əsasında ona qarşı irəli sürülmüş ittiham üzrə zəruri xüsusatları elan edib.

Qeyd olunub ki, A.Qukasyanın cinayətkar fəaliyyətinin müddətini və xarakterini nəzərə alaraq, onun cinayətkar birliyə yaradılmasının ilk günlərindən qoşulması məlum olur. Bu səbəbdən təqsirləndirilən şəxsə 1988-ci ildən başlayaraq 2023-cü ilin sentyabr ayınadək Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmış təcavüzkar müharibə və işğal dövründə törədilmiş bütün cinayət hadisələri üzrə ittiham verilib.

Bildirilib ki, A.Qukasyan yalnız işğal siyasətini sözlə müdafiə etməyib, həm də konkret hərbi və siyasi rəhbərləri təşviq etməklə onların əməllərini “böyütməyə” səy göstərib. O, həm hüquqi, həm də siyasi sahədə işğal siyasətini təbliğ edib, dinc əhaliyə qarşı zorakılığı legitimləşdirib.

İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlər üzrə fotoşəkillər də nümayiş etdirilib.

Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




Baxış sayı: 110
Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 12:00 Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır Bu gün, 11:30 Moskva danışıqlarında ticarət, energetika, təhlükəsizlik sahələrinə dair məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır Bu gün, 09:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti Bu gün, 09:00 Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı Bu gün, 08:00 Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır Dünən, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib Dünən, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb Dünən, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib Dünən, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib Dünən, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu 13-06-2026, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930