FACT-INFO.AZ » AKTUAL » Dugindən Rusiyadakı mühacirlərlə bağlı təhlükəli çağırış
3-11-2025, 12:00 | AKTUAL
Dugindən Rusiyadakı mühacirlərlə bağlı təhlükəli çağırış
İntenet resurslarında yayılmış bir xəbər diqqətimi cəlb etdi. Rus filosofu Aleksandr Dugin hesab edir: “ Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul etməli və etnik rus olmalıdırlar. Yəni xristian olsalar, etnik rusa dönəcəklər”.
Sıradan olmayan Duginin belə çağırışları Rusiyanın hansı acınacaqlı vəziyyətdə olduğundan xəbər verir. Belə xəstə, qorxulu təşəkkürün nəticəsi idi ki, Rusiyada yaşayan xalqların nümayəndələrinə, diaspor təşkilatlarına qarşı aqressiv münasibət zaman-zaman davam edib.
Bu ilin yay aylarında Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla Rusiya öz mahiyyətini ortaya qoyub. Artıq bu ölkədə yaşamağın, biznes qurmağın nə qədər təhlükəli olduğu bir daha aydın oldu. Rusiyanın mühacirlərə qarşı belə kriminal siyasətinin izahatı olmayacaq. Bu ölkə törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə heç zaman məsuliyyət hiss etməyib və etməyəcək.
Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarda Rusiya özünəməxsus repressiyanı ortaya qoydu. Gecələr qapılar döyülürdü, günahsız, müdafiəsiz insanları döyə-döyə maşına basıb aparırdılar. Rus dəyənəyi işə düşür, söyüşün biri beş qəpik.
Müşahidələr göstərir ki, bu ölkə yaratdığı bataqlıqda özü də gec-tez batacaq. Mən bunu yazmışdım, bir daha təkrar edirəm. Rusiyada böyük sərmayə sahibi olan soydaşlarımız, oraya çörək, dolanışıq arxasınca gedən sıravi vətəndaşlarımız üçün Azərbaycanda, işğaldan azad olunmuş ərazilərdə çox əlverişli biznes mühiti yaratmaq lazımdır. Həmin azərbaycanlılar Rusiyanın Azərbaycana yeganə təzyiq rıçaqıdır. Çünki bu ölkənin digər sferalarda Azərbaycana təzyiq imkanları məhduddur. Məhz bu vasitədən də adıçəkilən rejimi məhrum etmək lazımdır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 295
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30