Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə “Zəfərin nəğmələri” adlı konsert keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkar Səbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyada yaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlif şəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.
Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb. Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb. Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi nümunələri də səsləndirilib.
Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatıb.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
