FACT-INFO.AZ » AKTUAL » Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb
31-10-2025, 22:42 | AKTUAL
Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib. Fact-info.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.

Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.

Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca icraata ayrılmasını xahiş edib.

David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini müdafiə etdiyini söyləyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil. Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi mərhələsinə aiddir.

İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib. Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də xatırladıb.

Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən vəsatətlə razı olduğunu bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında qiymətləndirir.

Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış saxlayıb.

Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını cavablandırıb.

Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini bildirib və onları məhkəməyə təqdim edib.

Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini deyib.

Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını bildirib.

Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməyiblər.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini bildirib.

Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini bir daha proses iştirakçılarının diqqətinə çatdırıb.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər.

Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara alınıb.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30