FACT-INFO.AZ » AKTUAL » "Tarixdən ibrət dərsi götürmək şərtilə Ermənistanla qonşuluq prinsipləri qorunub saxlanmalıdır"
28-10-2025, 14:00 | AKTUAL
"Tarixdən ibrət dərsi götürmək şərtilə Ermənistanla qonşuluq prinsipləri qorunub saxlanmalıdır"
Regionda davamlı sabitlik, iqtisadi inkişaf, ən əsası dinc şəraitdə yaşamaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruridir. Ümumiyyətlə, sülhün strateji əhəmiyyəti haqqında saatlarla danışmaq olar. Vaxtılə Şuşada sərxoş vəziyyətdə yallı gedən, “Qarabağ Ermənistandır” deyən baş nazir Nikol Paşinyan nəhayət ki, bu gün reallığı, əsl həqiqəti dərk edir, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışır. Bu istiqamətdə müəyyən addımlar atır. Təbii ki, regionda sabitliyə çalışan, sülh prosesinə dəstək verən bu, addımları alqışlamaq lazımdır. Amma, lakin bizi narahat edən məqamlar qalmaqdadır.
Mediaya açıqlamalarında bəzi erməni politoloqlar qeyd edirlər ki, Ermənistan indi zəif durumdadır, Azərbaycanla müharibə etmək iqtidarında deyil. Ona görə. sülh razılaşmalarına getməliyik. Zaman keçdikcə, gücləndikcə yenidən öz sözümüzü deməliyik.
Əslində belə xəbis iddialar, çox düşünülmüş incə məqamlar bizim gözümüzdən yayınmamalıdır. XX əsrdə dəfələrlə belə ssenarilər olub. Ermənilər zəif düşən kimi quzuya dönüblər. Əlverişli şərait yarananda isə məkrli iddialarını ortaya qoyublar. Mən heç bir vəclə sülh əleyhidarı kimi çıxış etmək fikrində deyiləm.
Gələcək sülhün davamlılığının təhlükə altına düşməməsi üçün Ermənistan konstitusiya dəşikliyinə getməlidir. Nə zamansa Ermənistanda digər qüvvələr hakimiyyətə gələrsə, sülh müqaviləsinin konstitusiyaya uygun olmadığını əsas gətirib hərbi cinayətlərə əl ata bilərlər. Məhz ona görə, Paşinyanı öz ölkəsində konstitusiya dəyişikliyi edib Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır.
Digər tərəfdən biz ermənilərlə qonşuyuq. Tarixən onlara qarşı münasibətimiz normal olub. Bu topluma məskunlaşmaq, yaşamaq üçün yurd yeri vermişik. Amma bundan belə köhnə bayatılara uyub onlarla dost olmaq öhdəliyimiz yoxdur. O baxımdan, tarixdən, bütün olub-keçənlərdən ibrət dərsi götürmək şərtilə qonşuluq prinsipləri qorunub saxlanmalıdır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 250
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30