FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Zəfər rəqsi” filminin qala-premyerası keçiril
25-10-2025, 18:30 | MƏDƏNİYYƏT
“Zəfər rəqsi” filminin qala-premyerası keçiril

Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5 illiyi münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası keçirilib.

Film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin və YAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub.

Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qala gecəsində IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Aytac Bəybalayeva və finalçılardan biri Kənan Novruzov musiqi nömrələri ilə çıxış ediblər. Tədbir çərçivəsində Zəfərimizlə bağlı videoçarxlar da təqdim olunub.

Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Gəray Həsən AZƏRTAC-a açıqlamasında bildirib ki, ekran əsəri Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçısı, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Əsas rolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğludur. Film iki ay ərzində ərsəyə gəlib, çəkiliş prosesi isə iki həftə davam edib.

Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını söyləyib. O, kino sahəsində çalışanların qələbəmizə bədii, audiovizual formada töhfə verdiyini qeyd edərək deyib: “Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindən ayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir. Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox insanın izləməsinə səbəb olsun”.

Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev ölkəmizdə güclü iqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafının milli dirçəlişin əsasını təşkil etdiyini diqqətə çatdırıb. “Balaxanı neftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığı məkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizin bünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürur duyuruq”,- deyə R.Rzayev əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, gənclər siyasətinin, mədəniyyət və təhsil sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bu gün gənc nəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır. “Qürurverici haldır ki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıq ruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildə çalışırlar. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin və ədəbiyyatın təbliği, onların yaşadılması istiqamətində mühüm layihələr həyata keçirir. “Zəfər rəqsi” filmi də bu dəyərli təşəbbüslərdən biridir. Qürurla qeyd etmək istəyirəm ki, bugünədək 40 mindən çox gənc “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərib. Eyni zamanda, YAŞAT Fondunun fəaliyyəti çərçivəsində 18 mindən çox şəhid ailəsi ilə görüşlər keçirilib, onların sosial rifahı istiqamətində mühüm tədbirlər görülüb. Şəhid övladlarının adına depozit hesabları açılır və bu vəsaitlər uşaqlar 6 yaşına çatdıqdan sonra onların istifadəsinə verilir. Bundan əlavə məktəb ləvazimatlarının təminatı, YAŞAT düşərgələrinin təşkili kimi sosial layihələr də davamlı şəkildə həyata keçirilir”.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva bu filmin Azərbaycan xalqının qəhrəmanlığına, Vətən müharibəsindəki şücaətinə ithaf olunduğunu qeyd edib.

Daha sonra ekran əsəri nümayiş olunub.

Qeyd edək ki, “Zəfər rəqsi” filmi noyabrın 8-i – Zəfər Günündə İctimai Televiziyada geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30